"Müharibənin başlandığını içəridə bilə-bilə, dövlət çevirməyə hazırlaşanlarla, əl-ələ tutan "mənəmmiş"...day susdum." -Sözün bitdiyi yer......

16-01-2021, 18:05           
"Müharibənin başlandığını içəridə bilə-bilə, dövlət çevirməyə hazırlaşanlarla, əl-ələ tutan "mənəmmiş"...day susdum."  -Sözün bitdiyi yer......
Jurnalistikanın durumu, Rauf Mirqədirov qaçıdı, Rauf Talışinski, Elçin, Nazim, Zabil öldü. Çingiz Sultansoy nə bilim xaricdə nə düzəltdi özünə.
Aynur müxalifətçi oldu. Xədicə vətən xaini. Günel ermənilərlə iş birlikçisinə çevrildi. Sevinc Osmanqızı xaricilərə satıldı və sair.
Düz eləmədilər, amma yol da qalmadı.
Çünki burda qalanların yetmiş faizi yaltaq, yalaqdır. Yəni ancaq onlar işləyir, qazanır və yaşaya bilir.
On faizi, yəni bizlər, sürünürük. Dövlət, vətən, peşə deyə-deyə. Buna da yaşamaq uğrunda mübarizə deyəlim. Yəni çoxuna lazım olandan danışırıq. Kimdir bizi dövlətin başçısına təqdim edən?!. Hələ yazılarımızı da aparıb imzasız verirlər ki, bizim tezisdir...
...Bu peşədə qalan iyirmi faizisə harasa pərəstdir. Yəni Azərbaycan deyə savaşanlar o on faizdən ibarət sürünənlərdir, vəssalam.
P.S. Bir yazı yazırdım. Gördüm ən böyük yaltaq, "mənəmmiş". Səfər arkadaşı, mənəmmiş. Bahalı hədiyyə daşıyan, "mənəmmiş". Döşündə medalını gəzdirən, "mənəmmiş". QHT sektorunu sökən, oranı da yaman günə qoyan, "mənəmmiş". Müharibənin başlandığını içəridə bilə-bilə, dövlət çevirməyə hazırlaşanlarla, əl-ələ tutan "mənəmmiş"...day susdum. Susdum ki, "tərtəmiz" olanlar görünsün.
P.P.S. Nə deyim, indi vəzifədə olan məmurlara, master klass keçirsiniz. Deyirsiniz ki, bizim qədər ipiqırıq, bizim qədər güvənsiz, bizim nə desəniz o yoxdur... Və əlinizdən bir addım atmaq, bir işin qulpundan tutmaq belə olmur ay ürəkbulandıranlar.
Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.