“Dövlət müəyyən qəti tədbirlər görməyə məcbur qalacaq” – Karantinlə bağlı mühüm açıqlama

8-03-2021, 17:46           
“Dövlət müəyyən qəti tədbirlər görməyə məcbur qalacaq” –
"Karantin qaydalarının yumşaldılması zamanı təmasların artması nəticəsində yoluxma sayları yüksəlməyə başlayıb. Digər tərəfdən də koronavirusun Britaniya şatammının ölkədə yayılıb yayılmaması məlum deyil. Bununla bağlı ortada hələlik araşdırma aparılmayıb".

Teref.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, ölkədə koronavoirus yoluxmalarında müşahidə olunan artım müəyyən həddə çatarsa, karantin tədbirləri sərtləşdirilə bilər:
“İndiki vəziyyətdə karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac görülmür. Odur ki, 8 Mart və Novruz Bayramı ərəfəsində insanlar bir az diqqətli olmalıdır. Karantin davranışlarına ciddi əməl etməlidilər. Xüsusilə mağaza kimi qapalı mühitdə sosial məsafəni gözləməlidilər. Bayramlaşma, qonaq getmək ənənəsi və müəyyən iaşə müəssisələrində, restoran və kafelərdə qayda-qanuna əməl edilsə, daha yaxşı olar. Məsuliyyət hissi önəmlidir. Əks halda epidemioloji vəziyyət pisləşsə, təbii ki, dövlət də müəyyən qəti tədbirlərə görməyə məcbur qalacaq”.Publikaшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.