Bu gündən un istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilməsi dayandırılır

1-05-2021, 07:58           
Bu gündən un istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilməsi dayandırılır
Bu gün dən un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə verilən 35 (otuz beş) manat məbləğində subsidiyanın verilməsi dayandırılır.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərar ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilib.

Bu gündən isə bu qərar qüvvədən düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru