FÜZULİNİN İCRA BAŞÇISININ SON ÇIRPINTILARI Bu rayonda nələr olur?

23-02-2016, 20:21           
FÜZULİNİN İCRA BAŞÇISININ SON ÇIRPINTILARI Bu rayonda nələr olur?
Alı Alıyevin bütün biznesi batır, rayonda isə durum getdikcə ağırlaşır. Füzulinin icra başçısı Alı Alıyev son günlər sözün həqiqi mənasında şok yaşayır. Mətbuat xəbər verir ki, icra başçısının şoka düşməsinin iki səbəbi var. Birirncisi, sözügedən şəxsin biznesi tamamilə batmaq üzrədir. Belə ki, ikinci devalivasiyadan sonra Alıyevin biznesi üzrə bütün alış-verişlən ən minimum həddə enib. Vəziyyəti düzəltmək üçün bir sıra addımlar atmağa çalışan Alı Alıyev isə heç bir nəticəyə nail ola bilməyib.

İkinci səbəb isə Füzuli rayonunda vəziyyətin yenidən gərginləşməsidir. Mətbuata verilən məlumatlara görə, rayonda qiymətlər yenidən bahalaşmaya başlayıb və icra başçısı artıq prosesin qarşısını ala bilmir. İcra Hakimiyyətində yaradılmış komissiyanın fəaliyyəti də qənaətbəxş deyil və onların gördüyü tədbirlərin də heç bir nəticəsi yoxdur.

Mənbələr bildirir ki, əgər rayonda növbəti dəfə hər hansı bir səviyyədə etiraz aksiyası qeydə alınarsa, bu Alı Alıyevin işdən çıxarılmasına gətirib çıxaracaq. Elə bu səbəbdəndir ki, icra başçısı durumu düzəltmək üçün bəzi addımlar atmağa çalışır. Lakin bu addımların da faydasız olacağı istisna edilmir. /Bakunews/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.