Onlar məmurları gizli çəkib, şantaj edirmişlər... - Videoları tapıldı...

24-02-2016, 12:24           
Onlar məmurları gizli çəkib, şantaj edirmişlər... - Videoları tapıldı...
Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin insanları şantaj üçün istifadə etdiyi gizli çəkilişlər olan videomateriallar tapılıb.

teref.az xəbər verir ki, məlumatı azadliq.info yayıb. Sayt bildirir ki, hazırda istintaq bu şəbəkənin şantaj əməliyyatlarını araşdırır. Xəbərə görə, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib. Həmin obyektlərdə dincələn vəzifəli, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub.

Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb. İstintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru