Rusiyalı ekspertlər Şuşa bəyannaməsi barədə nə düşünürlər?

20-06-2021, 09:11           
Rusiyalı ekspertlər Şuşa bəyannaməsi barədə nə düşünürlər?
Rusiyanın İzvestiya qəzeti Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana, ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri, onun prezident İlham Əliyevlə keçirdiyi danışıqlar və iki lider arasında imzalanmış Şuşa Bəyənnaməsinə dair təhlili yazı dərc edib.
Məqalədə deyilir ki, bu səfərin əsas epizodu iki ölkə arasında müttəfiqlik münasibətləri barədə sənədin imzalanması olub.
Sənəddə deyilir ki, Bakı və Ankara, əgər onlara qarşı üçüncü bir ölkədən təhlükə yaranarsa birgə hərəkət edəcəklər.
Bu sənəddə habelə iki ölkənin təhlükəsizlik şuralarının müntəzəm müştərək iclaslarının keçirilməsi nəzərdə tutulur.
Məqalənin müəllifi, jurnalist İqor Karmazin yazır ki, Azərbaycan Sovet İttifaqının çökməsindən və müstəqilliyini elan etməsindən dərhal sonra Bakı Ankara ilə sıx əlaqələr qurmağa başlayıb.
Məqalədə deyilir ki, Türkiyə artıq birinci Qarabağ müharibəsində də öz müttəfiqini dəstəkləyirdi.
Qeyd olunur ki, bu müharibədə Azərbaycanın məğlubiyyətindən sonra münasibətlərdə durğunluq dövrü başlamışdı və bu dövr 2011-ci ildə başa çatıb.
Ankaranın ambisiyaları
Qəzetin yazdığına görə o vaxt İzmirdə iki ölkə arasında yüksək səviyyədə strateji əməkdaşlıq danışıqları keçirilib.
Məqalədə deyilir ki, məhz bundan sonra iki ökə arasında hərbi əməkdaşlıq və əlaqələr intensivləşib, minlərlə azərbaycanlı kursant Türkiyənin hərbi məktəblərini bitirib, iki ölkənin silahlı qüvvələri hər il 15-dək birgə təlimlər keçirib.
İzvestiya qəzeti yazır ki, 2020-ci ilin ikinci müharibəsində Azərbaycanın qələbəsi bütün bu fəaliyyətlərin bəhrəsi olub.
Məqalədə deyilir ki, Ankaranın bu məsələdə “uzunmüddətli ambisiyaları da heç kəs üçün sirr deyil”.
Erdoğan bu səfəri zamanı Azərbaycanda Türkiyə hərbi bazası açılmasının mümkünlüyünü istisna etmədiyini bildirib. O deyib ki, “bu ideyanın inkişaf etdirilməsi mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.