2 nazirlik və 1 komitə ləğv edilir - super nazirlik yaradılır

25-02-2016, 08:20           

Yaxın günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin ləğvi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, ləğv edilən dövlət qurumlarının səlahiyyətləri İqtisadiyyat Nazirliyinə veriləcək: İqtisadiyyat Nazirliyinin super nazirliyə çevrilməsi nəzərdə tutulub. Hazırda işçi qrup İqtisadiyyat Nazirliyinin yeni statusu ilə bağlı sənəd üzərində işləyir. Ləğv edilən dövlət qurumlarının bəzi funksiyaları başqa qurumlara da verilə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi gözlənilir. Ancaq əsas funksiyalar İqtisadiyyat Nazirliyinə veriləcək."

Yada salaq ki, prezident İlham Əliyev dəfələrlə 2016-cı ilə struktur və idarəetmə islahatlarının davam etdiriləcəyini vuğulayıb.

Son 1 ildə 3 dövlət komitəsi ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru