Şəxsin əlilliyi 10 gün müddətində qiymətləndiriləcək

17-08-2021, 21:18           
Şəxsin əlilliyi 10 gün müddətində qiymətləndiriləcək
Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçiriləcək.

Teref.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Prezident İlham Əliyevin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparacaq.

Bu qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.