"TƏBİB-i hərləmirəm" - Tibb bacısı peyvənd vurdurmaq istəyənləri TƏHQİR ETDİ - VİDEO

18-08-2021, 19:33           
"TƏBİB-i hərləmirəm" -
Paytaxtın Yasamal rayonunda yerləşən 16 saylı Şəhər Poliklinikasının tibb bacısı peyvənd vurdurmaq istəyən vətəndaşları təhqir edib.

Bizim.Media unikal.org-a istinadən xəbər verir ki, koronavirus əleyhinə vaksin vurdurmağa gələn vətəndaşlar onlayn növbə götürməsinə baxmayaraq, saatlarla gözləyiblər.

Bu haqlı olaraq, paytaxt sakinlərinin narazılığına səbəb olub. Tibb bacısına müraciət edən şəxslər, deyilən vaxtda vaksinlərinin vurulmasını tələb ediblər.

Bu zaman tibb bacısı "TƏBİB-i hərləmirəm, gözləyin", -deyə cavab verib. Bununla bağlı görüntülər sosial mediada qınaq obyektinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru