"İmam Mehdi" haqqında - "adam özünü imam adlandırdığı çoxdan olub, son dövrlər özünə yerdəki Allah dedirdirmiş."

24-08-2021, 21:19           
"İmam Mehdi" haqqında -
DİN rəsmi olaraq məlumat yayıb ki, özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayev saxlanılıb.
Çox qəribədir, niyə bu gün bu açıqlama yayılır? Mənim dəqiq bildiyimə görə, adam bir müddətdir ki, saxlanılıb. Hətta özünü günahsız bildiyi, haqqında səsləndirilən ittihamları doğru hesab etmədiyi üçün apelyyasiya şikayət verib və avqust ayının 13-ü Bakı Apellyasiya Məhkəməsində onun işinə baxılıb. Hakim isə onun əleyhinə qərar çıxararaq, yenidən Kürdəxanıya göndərib. Adamı içəridə saxlayıblar, yoxsa daha sonra evə buraxıblar, yenidən saxlayıblar? Sadəcə olaraq komediyadır. Məncə bizim milləti yaxşı tanıdıqları üçün, gündəmi dəyişmək üçün bu gün ortaya atıldı. 200-dən çox şikayətçi olduğu halda, istintaq aparan orqan nədənsə bir nəfəri zərərçəkmiş şəxs qismində tanıyıb. 100-dən çox adan ayın 13-ü məhz buna görə məhkəmənin qarşsında olub.
Başqa bir məsələ. Adam haqqında ittihamlar təkcə pul almaq, etibardan sui-istifadə etmək deyil. Mənə danışılanlara görə, adam rəsmən təriqət qurubmuş. Bacılar günü keçirirmişlər. Bacılar günündə ona yaxın olan qızlar ora yığışan qadınlara bütün qadınlar imama məhrəmdir fikrini yeridirmiş. Çox iyrənc şeylər var, açığı bunlar mənə danışılanda şok yaşamışdım. İyrənclik çoxdur deyə, yazmaq istəmirəm, detalına getməyəcəm.
Müharibə vaxtı ona inanan adamların heç birini müharibəyə getməyə qoymayıb ki, bu şeytanların müharibəsidir. Ona inananlar arasında bir gənc sözə baxmayıb, müharibəyə gedib, yaralanıb. Valideyinlərini o yaralının yanına qoymayıb getsin ki, o şeytana xidmət edib (əlimdə səs yazısı, video görüntülər var).
Adam 20 ildən çoxdur ki, insanları ələ alıb, onlardan istifadə edib. Uşaqları məktəbdə oxumağı belə qadağan edibmiş. 20 il ərzində bu ölkədə niyə bir qurum bu məsələnin üstünü açmayıb? Yeri gəlmişkən, adam özünü imam adlandırdığı çoxdan olub, son dövrlər özünə yerdəki Allah dedirdirmiş.
Səxavət Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.