Magistraturaya qeydiyyat yekunlaşdı - Statistika

26-08-2021, 00:03           
Magistraturaya qeydiyyat yekunlaşdı - Statistika
Ali təhsilin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat prosesi yekunlaşıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, statistik göstəricilərə əsasən I tur üzrə 9 min 825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 min 135 yerin 92.83 faizi dolub. Bu son illər qeydə alınan ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4 faiz, 2019-cu ildə isə 78.1 faiz olub.

Qeyd edək ki, qeydiyyat prosesi ilk dəfə bu ildən etibarən elektron formada həyata keçirilib. Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana bilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru