Müdafiə nazirliyi əsir düşən əsgərimizlə bağlı MƏLUMAT YAYDI - ".. .haqqında cinayət işi başlanılıb, araşdırma aparılır"

26-08-2021, 13:15           
Müdafiə nazirliyi əsir düşən əsgərimizlə bağlı MƏLUMAT YAYDI - "..
Müdafiə Nazirliyindən bildiriblər:

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

***

Azərbaycan hərbçisi Cəmil Babayev Xocavənd şəhərində əsir götürülüb.

PİA.az xəbər verir ki, separatçıların "təhlükəsizlik xidməti" bu barədə məlumat yayıb.

Erməni mətbuatının yazdığına görə hərbiçimiz Xocavənd şəhərinin Teryan küçəsindəki bir evdə aşkarlanıb. Cinayətkar separatçı qurum hərbiçimiz haqqında cinayət işi açıb və Cəmil Babayev azyaşlını öldürməyə cəhddə və casusluqda ittiham olunur.

Qeyd edək ki, baş verən insidentlə bağlı Azərbaycan tərəfi hələki rəsmi məlumat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru