İlham Əliyev: "Ermənistan ən azı 7-8 min itki verib"

26-08-2021, 19:07           
İlham Əliyev:
Şəhidlərin sayı daha çox ola bilərdi, əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə, ən azı 7-8 min itki verib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, təkcə azad edilmiş torpaqlarda bu günədək davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb.

Burada da Azərbaycan humanistlik göstərir.

“Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük.

Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib”, - deyə Prezident bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru