Elşən İbrahimov: “Türkiyənin Azərbaycan üçün önəmi çox böyükdür”

27-08-2021, 10:15           
Elşən İbrahimov:
Beynəlxalq Qarabağ qurultayında iştirak edənlər arasında Beynəlxalq Qarabağ Forumunun Rusiyadakı təmsilçi, diasporumzun aparıcı simalarından biri, Moskva Vilayəti Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov Türkiyə və Azərbaycanın şəhidlərini, meşə yanğınlarında həlak olan insanları sayğı ilə andı: “Rusiyada rəsmən yaşayan 2 milyon daimi, 600 milyon müvəqqəti yaşayan azərbaycanlıların adından şəhid ailələrinə başsağılı veririk. Şəhid analarının əllərindən öpürük. Şəhid uşaqlarının durumunu göz önünə gətirək, bunu düşündükcə bu qənaətə gəlirk ki, biz çox işlər görmləliyik. Ancaq gördüyümüz işlər çox azdır”.

E.İbrahimov Türkiyənin Qarabağ zəfərimizdə oynadığı böyük rolu xüsusi vurğuladı: “Biz Türkiyəni daim yanımızda hiss etdik. 44 günlük savaş göstərdi ki, Türkiyə ilə Azərbaycanı bir-birindən kimsə ayıra bilməyəcək. Biz Türkiyənin inkişafına, güclənməsinə hər zaman sevinirik. Onu da bilirik ki, Türkiyə varsa, Azərbaycan da var”.

Təşkilat sədri xatırlatdı ki, 90-cı illərin sonlarında qonşu İran da sərhədlərimizi pozurdu, amma Türk şahinləri Bakı üzərinə uçuşlar keçirəndən sonra bu müdaxilələrə son qoyuldu: “Türkiyənin Azərbaycan üçün önəmi çox böyükdür”.

Disapor təşkilatının rəhbəri dedi ki, qurultayda 3 övladı ilə döyüşmüş, bir övladını şəhid vermiş Əkbər Hacıyev, Qarabağ müharibəsi veteranı Firudin Məmmədov iştirak edir. Qurultay iştirakçıları ali qonaqları alqışlarla salamladılar.

Ərzurum Universitetinin professoru Kərəm Karabulud qeyd etdi ki, Beynəlxalq Qarabağ qurultayının İqdırda toplanmasının tarixi əhəmiyyəti var. Bu mənada o, təşkilatçılar Akif Nağı və Ziya Zakirə təşəkkürlərini çatdırdı. “Türkiyə və Azərbaycanın Qarabağa sahiblənməsini burada göstərən bir toplantı oldu bu gün”, natiq bildirdi.

Qarabağ zəfərilə bağlı təbriklərini ifadə edən K.Karabulud bildirdi ki, Azərbaycan Qarabağdan ildə 10 milyard mənfəət əldə edə biləcək: “Rus şirkətləri işğal dövründə Kəlbəcərdə 20 ton qızıl çıxarıblar. Qarabağ torpağına sahiblənməyin, oradan vaz keçməyin nə demək olduğunu demək üçün bu faktora da diqqət çəkmək istədim. Türkiyə və Azərbaycan arasında ticarət dövriyəsi indi 3 milyard dollardırsa, sonrakı gedişatda 10 milyarda çatacaq. Dünyaca məşhur Qarabağ xalılarının, kilimlərinin dünyanın 6-cı turizm ölkəsi olan Türkiyədən dünyaya yayılması üçün də böyük potensial var”.

K.Karabulud qeyd etdi ki, Ağrıdağı ilə Qarabağı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək lazımdır: “Əks təqdirdə bəlkə də Rusiya bunun açılmaması üçün çalışacaq. Ona görə də Zəngəzur dəhlizinin açılmasını təzləşdirmək gərəkdir. Qars-İqdır-Naxçıvan dəmir yolunun açılmasını da Zəngəzur dəhlizini uzatmadan tezləşdrmək lazımdır”. Natiq qeyd etdi ki, Azərbaycan işğal dövründə vurduğu zərərə görə Ermənistandan böyük miqdarda təzminat tələb etməlidir və edəcək: “Azərbaycanın Zəngəzurdan tələb etdiyi təzminat 1 trilyon dollar ola bilər. Bu təzminatın yüz illərlə hissə-hissə ödənilməsi məsələsi qoyula biər. Amma təzminat əvəzi torpaq da alına bilər. Deyilməlidir ki, ver Zəngəzuru, get, haramın olsun bu illərlə taladıqların! Onsuz da Zəngəzur mənim torpağım idi”.

Professor Türkiyə və Azərbaycanın müasir texnologiyalara malik bir universitet qurulmasını da zəruri saydı: “Toplayın dünanın ən ağıllı gənclərini və dünyaya hakim olun!”

Ardınca natiq zaldakıları duyğulandıran bir hekayəni nəql etdi:

“Şuşa azad olunan zaman ayda-ildə bir dəfə belə, zəng etməyən hocamız zəng etdi:

- Kərəm hoca, nə edirsən?

Dedim:

-Nə edə bilərəm, televiziyadan Şuşanı seyr edib ağlayıram.

Yaşlı hocam da ağlamağa başladı:

-Bilirsənmi, mənim əslim şuşalıdır?..."

Elşad Paşasoy,
Musavat.com
Türkiyə, İqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.