Rusiya ərazisini necə genişləndirir - Son 20 ildə ələ keçirilən 5 bölgə

15-10-2021, 19:06           
Rusiya ərazisini necə genişləndirir - Son 20 ildə ələ keçirilən 5 bölgə
Krım yarımadası istisna olmaqla Rusiyanın son illərdə bir çox ərazilər ələ keçirməsi əksər KİV-lərin diqqətindən kənarda qalıb. Halbuki son illərdə bu ölkənin sərhədləri Arktikada, Oxot və Xəzər dənizində əhəmiyyətli dərəcədə genişlənib. Rusiya XXI əsrdə hansı əraziləri əldə edib?

Teleqraf.com bununla bağlı hazırladığı yazını təqdim edir.

Oxot dənizində anklav

Oxot dənizi Rusiya və Yaponiya sərhədlərini yuyan yarımqapalı su hövzəsidir. Beynəlxalq hüquq baxımından bu dəniz daxili sulara, ərazi dənizinə, müstəsna iqtisadi zonaya, şelfə və açıq dənizə bölünüb.

Açıq dəniz – su hövzəsinin düz mərkəzində yerləşən və 52 min km² ərazini əhatə edən və heç kimə məxsus olmayan bir ərazidir. Rusiya 2001-ci ildə öz mövqeyini bu anklavın rus kontinental şelfinin davamı olması ilə arqumentləşdirərək bu əraziyə iddia edib.

Müraciətə 13 il ərzində baxılır və 15 mart 2014-cü ildə BMT Baş Məclisi tərəfindən təsdiq edilir. Nəticədə anklavla birlikdə ölkə 1 milyard tondan çox neft, 2 trilyon kubmetr qaz olan yataqlar və bioloji resurslar – xərçəngkimilər və mollyusklar ovlamaq üçün müstəsna hüquq əldə edir.

Anklavın ilhaqının Yaponiyanın razılıq verməsindən sonra mümkün olması qəribə deyil. Ancaq Yaponiyanın mübahisəli sularla bağlı bu qədər asanlıqla güzəştə getməsi bu günədək bir müəmmma olaraq qalmaqdadır.

Xəzər dənizi

Beynəlxalq hüquqa görə, Xəzər nə dəniz, nə də göl olan daxilikontinental su hövzəsidir. Ərazi suları, iqtisadi zona və sair anlayışlar burada tətbiq edilmir.

Sovet dövründə – Azərbaycan, Qazaxıstan və Türkmənistan SSRİ -nin tərkibində olanda Xəzər dənizinin böyük hissəsi yalnız bir ölkəyə məxsus idi. İran su hövzəsinin yalnız 14%-nə sahib idi.

Dövlətin dağılması ilə zəngin resurslara malik su hövzəsinin delimitasiyası keçmiş müttəfiqlər arasında qızğın fikir ayrılığına səbəb olur. Rəsmi olaraq Xəzər dənizinin dibi 1998-ci ildə 5 dövlət arasında bölünüb, amma bu qərar müqavilənin bütün tərəfləri tərəfindən faktiki olaraq yalnız 2003-cü ildə təsdiqlənib.

Müqavilə nəticəsində Rusiya Xəzər dənizinin 19%-ni ələ keçirməyə və nəhayət, dənizin özünə məxsus hissəsində qaz yataqlarının işlənməsinə başlamağa nail olur.

Krım yarımadası

Rusiyanın nə Ukrayna, nə də Qərb dövlətləri tərəfindən hələ də tanınmayan 2014-cü ildəki bu ilhaqı yəqin ki, XXI əsrdə ən məşhur ərazi ələ keçirməsidir.

Bir tərəfdən Krım Rusiya xəzinəsinə ağır bir yük kimi düşür. Digər tərəfdən isə ölkə həm Qara dənizdə, həm də beynəlxalq arenada geosiyasi mövqelərini gücləndirir. Rusiyanın bərpa olunduğunu yüksək səslə bəyan edir və yenidən supergüc adına iddia etdiyini ortaya qoyur. Krımla birlikdə ölkənin ərazisi 27 min km² artır.

Barents dənizində akvatoriya

Rusiya-Norveç sərhədinin 2010-cu ildəki demarkasiyası kifayət qədər birmənalı olmayan razılaşmadır. SSRİ Frans-İosif torpağından Şpitsbergen sahilinə qədər olan bütün əraziləri öz suları hesab edirdi.

Norveçlilər bununla razılaşmayıblar, ancaq Moskva ilə aktiv mübahisə etməyə də qərar vermədilər. Dövlətin dağılması ilə Barents dənizində diplomatik qarşıdurma başlayır – mübahisəli dəniz dib karbohidrogenlərlə zəngindir.

Nəticədə Prezident Dmitri Medvedyev 2010-cu ildə suların bir hissəsini Norveçə güzəştə gedir, sərhəd xətti Frans-İosif adaları ilə Şpitsbergen arasında çəkilir.

Belə alınır ki, sanki Rusiya ərazisinin bir hissəsini itirib. Ancaq bu ərazi heç vaxt Rusiyanın olmayıb. Sərhədlərin tənzimlənməsi ilə bağlı məsələ açıq qaldığı üçün Rusiya oradakı resursları istismar edə bilməyib. İndi rəsmi olaraq dövlətin yurisdiksiyası altında 87,5 min km² ərazi suları keçib.

Arktikada yeni adalar

2014-cü ildən Rusiya gözlənilmədən Arktikada ümumi sahəsi 2 min km²-dən çox olan onlarla yeni ada əldə edir. Bu “hədiyyə” təbiətin özü tərəfindən edilir: əbədi don geri çəkilir, buzlar əriyir və tədqiqatçılar üçün yeni torpaqlar açır.

Eyni zamanda, hətta məktəblilər də yeni adalar kəşf edirlər. 2018-ci ildə yeniyetmələr Artyom Makarenko və Valeriya Sayenko peyk görüntülərini təhlil edərək Novaya Zemlya arxipelaqı yaxınlığında 0,19 km² sahəsi olan bir ada kəşf ediblər.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.