Azərbaycanı milyonlardan məhrum edirlər - NƏ ETMƏLİ?

9-02-2022, 19:19           
Azərbaycanı milyonlardan məhrum edirlər - NƏ ETMƏLİ?
Ölkədə həyata keçirilən iqtisadi layihələrdən biri də tranzit yükdaşımaların həcminin artması məqsədilə görülən işlərdir.

Bu gün Azərbaycan Qərbdən (Türkiyə, Aİ), Cənubdan (İran və Hindistan), Şimaldan (Rusiya) keçən yolları birləşdirən dəmir yolu xətlərinin kəsişdiyi haba çevrilib. Tranzit yüklərin bu dəmir yolları vasitəsilə daşınaraq Qərb ölkələrinə, Șimaldan İran və Hindistana, Cənubdan Rusiyaya daşınması üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi əsas nəqliyyat qovşağı yaradılıb.

Lakin son vaxtlar tranzit daşımalarda bəzi problemlər özünü göstərir. Məsələn, Türkmənistandan ixrac olunan karbamid yükü çox təəssüflər olsun ki, Azərbaycan üzərindən deyil, Rusiya Federasiyasına məxsus Kutum stansiyası üzərindan aşırılaraq Novorossiysk limanına, oradan da alıcılarına göndərilir. Yükün bizim üzərimizdən deyil, başqa yolla getməsi Azərbaycanın dəmir yollarının, liman va logistik şirkətlərin itkisidir. Azərbaycanın bu sahədə real itkisinin səbəbləri isə müxtəlif amillərlə izah edilir.

Bu gün yüklərin Azərbaycandan yan keçməsində əsas səbəb nədir? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, tranzit yükdaşımanın kifayət qədər logistik üstünlükləri var:

“Bakı şəhər limanının, dəmir yolu infrastrukturunun genişləndirilməsi ilə bağlı böyük yatırımlar oldu. Sadəcə bundan düzgün istifadə etmək üçün həm qonşu ölkələrlə, həm Azərbaycanın özünün birgə tranzit xərcləri tariflərinin müəyyənləşdirilməsinə ehtiyac var. Zaman-zaman şikayətlər olub ki, tranzit xərcləri kifayət qədər yüksəkdir. Digər ölkələrə, o cümlədən Rusiyaya nisbətən gömrük keçid zamanı ödənişlərin həcmi yüksəkdir. Biz anlamalıyıq ki, bölgəmizdə yeganə logistik xətt biz deyilik, altenativlər də var. Qazaxıstan və Rusiya üzərindən alternativlər mövcuddur. Azərbaycan daha yaxşı şərtlər təqdim etməsə, tranzit keçid tarifləri müəyyənləşdirməsə, bu rəqabətdə uduza bilərik. Ona görə də həm tranzit xərclərinin optimallaşdırılmasına, tranzit xərcləri tariflərinin qonşu ölkələrlə razılaşdırılmasına ehtiyac var. Həm də gömrük keçid məntəqələrində “yaşıl koridorlar”ın tətbiqi ilə keçidin sürətinin artırılmasına ehtiyac var. Çünki iş adamlarının, əsasən də kənd təsərrüfatı, ərzaq məhsulları və digər məhsulları tranzit yolu ilə daşıyan şirkətlərə zaman çox önəmlidir. Daha az zaman sərf edəndə, həm ucuz başa gəlir, həm vaxtında istehlakçılara çatdırılması mümkün olur, həm də yolda məhsulun bir hissəsinin xarab olmasının qarşısı alınır. Ona görə də Azərbaycan həm tarifləri uyğunlaşdırmalı, həm də keçid məntəqələrində zamanın qısaldılmalı, “yaşıl koridor” prinsipinin tətbiqini genişləndirməlidir. O zaman qonşu ölkələrlə rəqabətdə önə çıxa bilərik və Azərbaycan üzərindən tranzit keçən yüklərin həcmi arta bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru