Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?

10-02-2022, 17:16           
Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?
Yaxın günlərdə AZAL prezidenti Cahangir Əsgərov işdən çıxarılacaq. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, AZAL-ın ləğvi ilə bağlı qərar hələ bir müddət əvvəl qəbul olunub. Müşahidə Şurasının yaradılması da həmin prosesin tərkib hissələrindən biri olub.

Qeyd edilir ki, Cahangir Əsgərovun işdən çıxarılması ilə yanaşı, AZAL-ın da ləğv ediləcəyi gözlənilir. Onun bazasında Mülki Aviasiya Komitəsinin yaradılması nəzərədə tutulub.

Mənbə prosesin bu qədər yubanmasının səbəbi kimi, bir neçə aeroportun tikilməsini, habelə AZAL-da aparılan yoxlamaların nəticəsini və hökumətin bununla bağlı yekun qərara gələ bilməməsini göstərib. Bildirilir ki, yoxlamalardan sonra AZAL-da ciddi problemlərin olduğu üzə çıxıb. Eyni zamanda, son zamanlar Cahangir Əsgərovdan əsaslı, həm də ciddi narazılığın olması hökuməti prosesi tezləşdirmək məcburiyyətində qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru