Azərbaycanın strateji hədəflıri ...

12-02-2022, 08:01           
Azərbaycanın strateji hədəflıri ...
30 il ərzində Azərbaycanın əsas strateji hədəfi Qarabağın işğaldan azad olunmasını təmin etmək idi. Qarabağ işğaldan azad edildi.
Bəs bundan sonra nə etməliyik, ölkənin növbəti 20, 30, 50 illlik strateji hədəfləri olmalı deyilmi?! Bu hədəflər Qarabağın məsələsi qədər əhəmiyyətli və həlledici olmalıdır.
Bir neçə on illik sonra dünyada neft erası başa çatacaq.
Büdcəsi neft gəlirlərindən asılı olan ölkələrin nefti tükənəndən sonra həmin ölkələrin müstəqilliyinə, suverenliyinə qarşı praktiki təhdidlər və hücumların olacağı da heç bir şübhə doğurmur.
O zaman Azərbaycan hansı strateji hədəfləri müəyyənləşdirib bu istiqamətdə addımlar ata bilər?
☑ Birincisi, “Beyin axını”nın qarşısı alınmalı, alimlərin, novatorların, sahibkarların, ixtisaslı və istedadlı şəxslərin bu və ya digər səbəblərdən ölkədən köç etməsini əngəlləmək üçün tədbirlər planı hazırlanmalıdır.
Eyni zamanda, daha çox yüksək gəlir əldə etmək üçün ölkəni tərk edən mütəxəssislərin Azərbaycana dönüşü üçün tədbirlər görülməlidir.
Bu plan şərti olaraq “İntellektual beyin konsepsiyası” da adlandırıla bilər.
Aşağıdakı mühüm amillərə diqqət edək:
- Hazırda böyük dövlətlərdə yüksək texnologiyaların yaradılması və inkişafında “Beyin axını” həlledici oynayıb
- “Kauffman” təşkilatının hesabatına görə, 2015-2021-ci illərdə ABŞ texnologiya startaplarının dörddə birini xarici ölkələrdə doğulmuş sahibkarlar təşkil edir
- 2010-cu ildən etibarən ABŞ-da işləyərkən Nobel mükafatını qazanan 314 laureatın üçdə biri yad millətin nümayəndəsidir
- Ötən əsrin 80-ci illərində Çin 80 min gəncin xaricdə təhsil almasını reallaşdırdı, amma bu tələbələrin cəmi 24%-i ölkəyə qayıtdı. Çin təhlükəni gördü və 15 il öncə yeni konsepsiya hazırlayaraq, xaricdə yaşayan çinlilərin ölkəyə geri dönüşünü təmin etməyə başladı. Hazırda Çin sənayesinin taleyinin 20%-ni ölkəyə qaytarılan mütəxəssislərin hesabına dəyişmək mümkün olub.
- Əhalinin savadlı, mütəxəssis hesab olunan hissəsini itirən ölkə üçün mövcud durum “Beyin itkisi” (Brain waste), onları qəbul edən ölkə üçün isə “Beyin qazancı” (Brain gain) kimi qiymətləndirilir
- Aparılan araşdırımalarda qeyd olunur ki, 2000-ci ildə ABŞ-ın universitet və elmi-tədqiqat mərkəzlərində 4 mindən artıq iranlı professor işləyib. Təsadüfi deyil ki, İngiltərədə, Fransada, ABŞ-da universitet dərəcəsi olan və xaricdə doğulan işçilərin dörddə biri alim və mühəndis kimi işləyir.
- Dünyanın böyük komputer firmalarının yerləşdiyi Şimali Kaliforniya (“İnternet vadisi” də adlandılır) xarici ölkələrdən axın edən mühəndislərlə, sahibkarlarla doludur. Firmaların xarici mütəxəssislərin hesabına əldə etdiyi gəlirlər təsəvvür etmək elə də çətin deyil və s.
Ona görə də, qeyri-neft sektorunun inkişafı kosmik şəkildə aparılmalı, İT, mühəndislik sahəsində inqilabi dəyişikliklər etmək lazımdır.
Bütün ölkələrdə əhalinin düşünən, novator hissəsinin ölkədən köç etməsini zəruri edən səbəblər var. Məsələn, daha çox qazanc əldə etmək, daha çox qiymətləndirilmə ehtiyacı, əlverişsiz iqlim şəraiti, daşınmaz əmlakın, verginin yüksək olması, sosial xərclərin gəlirləri üstələməsi və s.
İkincisi, ...
Ardı var...
Müəllif: Samir Feyruzov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.