“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik ediləcək

15-02-2022, 13:15           
“Tibbi sığorta haqqında”
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 15-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, “Tibbi sığorta haqqında” Qanunun yeni redaksiyada verilən 1.1. 15-11.8-ci maddəsində deyilir ki, bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru