Qarabağda qəsəbə, SES, məktəb, bağça tikən, su çəkən baş separatçı Moskvadan döndümü?

15-02-2022, 15:34           
Qarabağda qəsəbə, SES, məktəb, bağça tikən, su çəkən baş separatçı Moskvadan döndümü?
Ötən ilin aprel ayında qondarma Artsaxın prezidenti, separatçı rejimin hərbi cinayətkar rəhbəri Arayik Arutyunyan Rusiyaya gizli səfər etmişdi. Gəncəyə ballistik raketlər atılması əmrini birbaşa özünün verdiyini etiraf edən Arayikin Moskva səfəri özlüyündə bir sıra sualla doğurdu: Separatçılara Rusiyada qucaq açan kimlərdir? Hansı qüvvələr Azərbaycanı qəzəbləndirməyə çalışır? Məqsəd nədir?

Bu suallar Qarabağda guya asayişi qorumalı olan Rusiyanın müəmmalı hərəkətləri idi ki, Azərbaycan ictimaiətində acı bir təəssüf hiss doğurdu. Bəli, Qarabağda terrorçu və silahlı erməniləri tərkisilah edərək, Azərbaycan hökümətinə verməli olan Rusiya sülhməramlıları artıq 1 ildən çoxdur nəinki baş separatçını qoruyur, hətta onunla sarmaş-dolaş öpüşərək, həddən artıq mehriban olduqlarını sərgilədilər. Rusiya SM A.Artyunanla birlik olub Qarabağda qəsəbə, SES, məktəb, bağça tikməyi,su çəkməyi də özlərinə borc bildilər. Bu münasibətdən xoşalanan Arayik və ətrafı yenidən Azərbaycan dövlətinə qarşı iddialı, şərtli şər-böhtan kampaniyasına başladılar. Məsələn, “dqr” separatçı xarici işlər naziri David Babayan Azərbaycan hökümətinə Azərbaycanlı köçkünlərin yurdlarına dönməsi müqabilində ermənilərin də Gəncədə , Bakıda tərk etdikləri evlərinə qayıtması şərtini irəli sürdü.

Təbii ki, belə özbaşnalıq hallarının bir sonu olması gözləniləndir.

Adalet.az xəbər verir ki, Rusiya Sülhməramlılarının himayəsinə sığınmış cinayətkarı həbs etmək üçün Azərbaycan Respublikası Baş Prokurorluğu lazımı işlər gördüyü məlumdur. Beləki, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov jurnalistlərə açıqlamasında: “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır ki, Arayik Harutyunyan fevralın 5-də Moskvaya gedib və hələ də geri qayıtmayıb.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.