Ramiz Mehdiyev xidməti avtomobilini dövlətə niyə qaytarmır? – ŞOK FAKTLAR / FOTOLAR

20-02-2022, 00:04           
Ramiz Mehdiyev xidməti avtomobilini dövlətə niyə qaytarmır? –
Bu gün istefa ərizəsi rəsmi şəkildə qəbul olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin xidməti avtomobilini də özü ilə aparıb.

Teref.az xəbər verir ki, bu barədə Veteninfo.az-ın redaksiyasına məlumat daxil olub.

Məlumata görə, R.Mehdiyev hələ 2019-cu ilə qədər Prezident Administrasiyanın rəhbəri olan zaman istifadəsindəki xidməti avtomobili qaytarmayıb.

Beləliklə, 99 AA 903 dövlət nömrə nişanlı avtomobili AMEA prezidentliyi dövründə, yəni 2019-2022-ci illər ərzində də istifadə edib.

Bu gün AMEA-nın Ümumi Yığıncağında istefası yekdilliklə qəbul olunan R.Mehdiyev iclasdan sonra akademiyanın inzibati binasını birdəfəlik tərk edib və evinə yola salınıb.

Maraqlısı odur ki, vəzifəsini itirən və işsiz statusunda olan R.Mehdiyev akademiyanı tərk edən zaman dövlətin ona verdiyi xidməti avtomobili də özü ilə aparıb.

Mövzunu davam etdirəcəyik.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru