Ukrayna: Rusiya 1945-ci ildən bəri Avropada ən böyük müharibəni planlaşdırır - Boris Johnson
21-02-2022, 10:54

Britaniya Baş naziri Boris Johnson-un sözlərinə görə, məlumatlar göstərir ki, Rusiya "Avropada 1945-ci ildən bəri ən böyük müharibəni planlaşdırır".
O, BBC müxbiri Sophie Raworth-a müsahibəsində deyib: "Bütün əlamətlər planın müəyyən mənada artıq başladığını göstərir".
Kəşfiyyat məlumalarə göstərirr ki, Rusiya Ukrayna paytaxtı Kiyevin mühasirəsiylə nəticələnəcək hücuma başlamaq niyyətindədir, Johnson bildirib.
Britaniya Baş naziri dünya liderlərinin iştirak etdiyi illik təhlükəsizlik konfransında çıxış edib.
ABŞ hökumətinin son hesablamalarına görə, Ukrayna sərhədi boyunca həm Rusiyada, həm də qonşu Belarusda 169-190 min arası Rusiay qoşunu yerləşdirilib - bu rəqəm Ukraynanın şərqindəki üsyançıları da əhatə edir.
Xəbərdarlıq edərək ki, istənilən münaqişə "qanlı və uzun sürən ola bilər", Boris Johnson əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ola bilsin ki, bu barədə "mətinqsiz düşünür" və "irəlidəki fəalkəti" görmür.
"Düşünürəm ki, bunun Rusiya üçün nə qədər fəlakətli olacağını anlatdırmaq indi hamımız üçün çox vacibdir", Johnson əlavə edib.
O deyib ki, Britaniya və ABŞ tərəfindən Rusiyaya qarşı əvvəl nəzərdə tutulduğundan daha çox sanksiya tətbiq olunacaq, o cümlədən, Rusiya şirkətlərinə "funt və dollarla alış-veriş etmək" qadağan olunacaq və bu addım Rusiyaya "çox ağır bir zərbə vuracaq".
Cənab Conson əlavə etdi: "2014-cü ilin [Rusiyanın Krımı Ukraynadan qoparıb ələ keçirməsinin] dərsi ondan ibarətdir ki, Vladimir Putinin belə hərəkətlərinə göz yummaq olmaz".
Britaniya Baş naziri hesab edir ki, Rusiya Ukraynaya müdaxilə etsə, bu, NATO-nu zəiflətmək əvəzinə gücləndirəcək.
Rusiyanın Ukraynaya tam miqyaslı hücumu hələ gerçəkləşməsə də, Boris Johnsonun son şərhləri söz savaşını gücləndirir.
Bu münaqişənin İkinci Dünya Müharibəsi qədər dağıdıcı ola biləcəyini qeyd etməklə, Baş nazir bu məsələyə diqqəti artırır.
Şərqi Avropada davam edən gərginlik vətənində saysız-hesabsız problemlərlə üzləşmiş cənab Johnson-a beynəlxalq arenada liderlik nümayiş etdirmək şansı verib.
Münhen təhlükəsizlik konfransının kuluarlarında o, deyəsən, sanksiyalar məsələsində müəyyən irəliləyişə nail olub.
Rusiya şirkətlərinin funt və dollarla ticarət imkanlarının bloklanması bu ölkənin maliyyə sisteminə ciddi ziyan vurmaq üçün hazırlanmış yeni təklifdir.
line
Ukrayna NATO və ya Avropa İttifaqının üzvü deyil, lakin hər ikisi ilə sıx əlaqələrə malikdir.
Rusiya, Ukraynanın NATO-ya qoşulmasını özü üçün təhlükə sayır və buna icazə verilməməsində təkid edir.
Qərb ölkələri Rusiyanı Ukrayna sərhədində böhran səhnəsi qurmaqda ittiham edərək, son həftələrdə xəbərdarlıq edirlər ki, Putinin qüvvələri hər an hücuma keçməyə hazır vəziyyətdədir.
Lakin Rusiya bu iddiaları rədd edərək bildirib ki, böyük sayda olduğu deyilən qoşun hərbi təlimlər keçirir.
Rusiyanın işğalının hələ də qaçılmaz olduğu barədə suala cavab verərkən Boris Johnson qeyd edib ki, "əlamətlə buna işarə edir".
Baş nazirin sözlərinə görə, ABŞ prezidenti Joe Biden Qərb liderlərinə bildirib ki, kəşfiyyat məlumatları Rusiya qüvvələrinin Ukraynaya təkcə şərqdən, Donbas tərəfdən deyil, həm də Belarusdan və Kiyev yaxınlığndakı ərazidən girməyə hazırlaşdığını göstərir.
Johnson-un sözlərinə görə, bu plan miqyasına görə "1945-ci ildən bəri Avropada ən böyük müharibə ola biləcək nə üçün isə nəzərdə tutulub".
İnsanlar təkcə ukraynalıların deyil, həm də "gənc Rusiyalıların da" ölə biləcəklərini nəzərə almalıdırlar, Britaniya baş naziri əlavə edib.
Cənab Johonson Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdükdən sonra çıxış edərək bildirib ki, Rusiyanın Ukraynaya istənilən müdaxiləsi "dünyada əks-səda doğuracaq".
Britaniyada aparıcı müxalifət partiyası olan Leyboristlər bu məsələdə Britaniya hökümətinin və NATO-nun arxasında durduqlarını bəyan ediblər. Partiyanın rəsmisi Wes Streeting Sky News kanalına müsahibəsində bu cür dəstəyi qeyd edərək, eyni zamanda Londonun "Rusiyalı korrupsionerlərnin mərkəzinə çevrilməməsi üçün" Britaniya hökümətini daha çox işlər görməyə çağırıb.