SON DƏQİQƏ: Əliyevlə Putin Müttəfiqlik Bəyannaməsini imzaladı

22-02-2022, 20:10           
SON DƏQİQƏ:
Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Turkustan.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezident İlham Əliyevlə Kremldə keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını bəyan edib.

Putin bildirib ki, "bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması tam aydındır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir”

V. Putin Prezident Əliyevin səfərinin Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ərəfəsində baş tutduğunu da söyləyib.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının çox böyük müsbət mənası olduğunu qeyd edib.

“Bəyannamədə 40-a qədər bənd var, sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir”, - deyə Azərbaycan lideri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru