Rusiyanın Ukraynaya ilk zərbəsi uğursuz oldu

24-02-2022, 13:58           
Rusiyanın Ukraynaya ilk zərbəsi uğursuz oldu
Rusiyanın Ukraynaya ilk zərbəsi uğursuz oldu. Bu, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini azaltmadı.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentini Aparatı rəhbərinin ştatdankənar müşaviri Aleksiy Aretoviç deyib.

“Əsas zərbələr səhər saat 5-də şəhərlərə, hərbi infrastruktura, aerodromlara, resurs qatarlarına və hərbi komandanlıq mərkəzlərinə endirilib. İlkin məlumatlarımıza görə, ilk zərbə uğursuz alınıb. Yəni itkilər var, amma əhəmiyyətsizdir. Onlar Ukrayna Silahlı Qüvvələrinin və digər güc strukturlarının döyüş effektivliyini azaltmayıb.

Ən mühüm məsələyə gəlincə, irəliləyiş varmı?

İlkin məlumatlara görə, Xarkov vilayətinin şimalında, Çerniqovda 5 km-ə qədər məsafədə cüzi irəliləyiş müşahidə olunur. Volın istiqamətinə dair məlumatlar yoxlanılmalıdır. Amma orada indicə alınan məlumata görə, irəliləyiş öz əksini tapır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru