Ukrayna hərbçiləri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırır - Kiyevdə küçə döyüşləri başlayıb

26-02-2022, 09:02           
Ukrayna hərbçiləri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırır - Kiyevdə küçə döyüşləri başlayıb
Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Məlumata görə, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

***

"Ukrayna Silahlı Qüvvələri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir".

UNİAN xəbər verir ki, bunları Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər yerli vaxtla saat 4:26-da (Bakı vaxtı ilə 6:26) Kiyevdəki vəziyyətlə bağlı feysbuk hesabında yazıb.

Qeyd edək ki, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb. İndi sağ sahildə vəziyyət gərgin olaraq qalır. //report//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.