SWİFT-dən çıxarılması Rusiyaya ağır zərbə vuracaq

28-02-2022, 08:21           
SWİFT-dən çıxarılması Rusiyaya ağır zərbə vuracaq
Bəzi Rusiya banklarının trilyonlarla dollar dəyərində pul köçürmələri əməliyyatları üçün istifadə edilən SWİFT sistemindən kənarlaşdırılması iqtisadiyyata ağır zərbə vuracaq və Ağ Evin təbirincə, bu, ölkəni ödənişlər etmək üçün "telefon və ya faks aparatından" istifadə etməyə məcbur edəcək.

Bu, müəyyən şişirtmə kimi görünə bilər. Amma əslində, şişirtmə elə də böyük deyil. SWİFT-siz keçinmək yolları mövcud olsa da, onların heç biri SWİFT qədər səmərəli deyil.

İndiyədək SWİFT-dən yalnız bir ölkə xaric edilmişdi - İran.

Nəticədə, bu ölkə xarici ticarət həcminin 30 faizindən məhrum oldu.

SWİFT-dən xaric edilmək üçün Rusiya banklarına yönəlik seçmə yanaşmanın sərgilənməsi sanksiyaların Rusiyaya maksimum, Avropaya isə minimum həddə təsir göstərəcəyini təmin edəcək.

Avropa bizneslərinin borcların ödənilməsi və Rusiyadan enerjinin alınmasını təmin etmək imkanları qüvvədə qalacaq.

Digər tədbirlər də eyni dərəcədə güclüdür.

Rusiya Mərkəzi Bankına qarşı görülən tədbirlər sanksiyaların təsirini məhdudlaşdırmaq üçün valyuta ehtiyatından istifadənin qarşısını alacaq.

Rusiya öz banklarını qorumaq üçün xarici valyuta ehtiyatını toplayır, lakin bu yeni tədbir həmin ehtiyatdan istifadə etmək imkanını əhəmiyyətli dərəcədə azaldacaq.

Bu tədbirlərin təsirinin hiss edilməsi üçün bir az vaxt tələb olunsa da, həmin tədbirlər Qərb dövlətlərinin hansı niyyətdə olduğunu birbaşa ifadə edir.
BBC












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.