KİYEV YAXINLIĞINDA DARMADAĞIN EDİLƏN RUS ORDUSU ŞƏHƏRLƏRİ BOMBALAYIR - “İsgəndər”ləri işə salıb, nüvə qüvvələrini... + VİDEOLAR (Yenilənib)
1-03-2022, 08:18

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə güclü raket hücumu həyata keçirib. Bu barədə “Report” RBC-Ukraynaya istinadən xəbər verir.
Raketin atıldığı yer dəqiq müəyyən edilib.
"Kiyevə “İskəndər” ballistik raket hücumu edilib. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb.
Rusiya Ukraynanın Brovarı şəhərinə də “İsgəndər” raketi atıb. Bu barədə Brovarın meri İqor Sapojko məlumat verib.
Onun ehtimalına görə, zərbə şəhərdəki hərbi radiolokasiya mərkəzinə endirilib.
Mer qeyd edib ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb.
Həmçinin, ölkənin digər şəhərlərinin də raket atəşinə tutulduğu bildirilir.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb:
Ukrayna Müdafiə Nazirliyi son döyüş əməliyyatlarıyla bağlı məlumat paylaşıb.
“AzPolitika.info” Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda düşmən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan istifadə etməklə, operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir.
Ötən gün rus işğalçıları Belarus Respublikasının hava məkanından Ukrayna ərazisinə 6 raket atıb və 4 hava zərbəsi endirib. Düşmən indiyə qədər 180-nə yaxın “İskəndər” tipli operativ-taktiki raketlərdən istifadə edib.
Hazırda Çerniqov-Kiyev istiqamətində döyüşlər davam edir. Rusiyanın Şimal Donanmasının Ordu Korpusunun Sumı-Oxtırka-Poltava sərhəddindəki 14-cü motoatıcı bölməsi əhəmiyyətli itkilər verib və hücum potensialını itirib.
Sloboyanski istiqamətində düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb. Təcavüzkar rejim Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədinə nail olmayıb.
Kiyev müdafiə qüvvələri düşmənə qarşı mübarizə tədbirlərini davam etdirir. Hazırda Ukrayna ordusu Odessa, Cənubi Oçakiv, Xornomorsk limanlarının müdafiəsini həyata keçirir.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb
“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.
İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı DA feysbuk səhifəsində məlumat yayıb ki, düşmən çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır: “Məlumata görə, Rusiya hərbçiləri yenidən qruplaşaraq Çerniqov-Kiyev istiqamətində hücuma keçməyə çalışır"
“Çoxsaylı itkiyə və ayrı-ayrı istiqamətlərdə hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən - Kiyevi nəzarət altına almaq istəyindən geri çəkilmir. Paytaxtın müdafiə gücləri düşmənə qarşı müqavimət göstərir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Xomutovka, Qluxov və Baturin rayonlarında üç taktiki tabor dayandırılıb.
Bu arada Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı dəstəsi (SOBRKiyev ətrafındakı döyüşlərdə məhv edilib.
Bu barədə məlumatı Ukrayna KİV-ləri yayıb. Məlumatda bildirilir ki, döyüşlərdə SOBR-un Kemorov vilayəti üzrə komandiri Konstantin Oqiy də ölüb. O, Rusiyanın Əfqanıstan və Çeçenistanda keçirdiyi hərbi əməliyyatlarda da iştirak edib.
Rusiyanın Tayqa.info saytı isə xəbər verir ki, Konstantin Oqiyin qrupu pusquya düşüb. Məlumatda deyilir ki, Oqiy ilə birlikdə 42 nəfər ölüb.
Oqiyin rəhbrəlik etdiyi dəstə Ukraynaya Belarusiyadan daxil olub. Bu gün öldürülən xüsusi təyinatlıların nəşi Rusiyaya göndəriləcək.
Kiyev meri Vitali Kliçko deyib ki, şəhərdə vəziyyətə Ukrayna Silahlı Qüvvələri və ərazi müdafiə qüvvələri nəzarət edir.
O, qeyd edib ki, gecə ərzində toqquşmalar və Rusiya qoşunlarının diversiya qrupları ilə atışmalar baş verib.
“Gecə yenidən toqquşma və atışmalar oldu. Bizim döyüşçülər, o cümlədən ərazi müdafiə qüvvələrimiz bir neçə diversiya qrupunu zərərsizləşdirdi və əsir götürdü”, - deyə V.Kliçko bildirib.
Rusiya hərbçiləri Ukraynanın Sum vilayətinin Axtırka şəhərinə Cenevrə konvensiyası ilə qadağan olunmuş vakkum bombası atıb. Bu barədə mer Pavel Kuzmenko feysbuk səhifəsində yazıb.
“Düşmən çox çirkin müharibə aparır. Axtırkaya yenə vakkum bombası atıb. Neft bazası partlayıb”, - deyə o qeyd edib.
P.Kuzmenko vurğulayıb ki, vakkum bombası Cenevrə konvensiyasına əsasən qadağan olunub. (UNİAN)
Bu arada Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib.
RİA “Novosti”nin "Telegram" kanalında bildirilib ki, bu barədə müdafiə naziri ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.
O, Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələrini, Şimal və Sakit Okean Donanmaları, uzaq məsafə aviasiyası xüsusi döyüş növbətçiliyi rejiminə keçib.