III Dünya müharibəsi ola bilərmi?

1-03-2022, 09:11           
III Dünya müharibəsi ola bilərmi?
XX əsrin yeni nizamının qurulması müharibə ilə başladı. XXI əsrin nizamı üçün III böyük müharibə ola bilərmi?!

Ukraynada Rusiyanın işğalçılıq müharibəsinin hədəfi böyük tabloda yeni nizamın formalaşmasının bir hissəsidir. Bu prosesdə Qərb-Rusiya ikilisinin toqquşan, bəzən də uzlaşan maraqları ola, yaxud qarşıdakı dövrdə yeni şərtlərdə ortaya çıxa bilər. Lakin Baydenin III Dünyamüharibəsinin olmaması üçün sanksiyaları işə saldıqları haqda açıqlaması göstərir ki, Qərb Ukraynada buna getmək istəmir, yaxud indi getmir.

Hərçənd, Finlandiya və İsveçin NATO-ya üzvlüyü böyük toqquşma şəraiti yarada bilər. Ukraynadan fərqli olaraq, bu ölkələrin ittifaqa üzvlüyü imkanı daha genişdir və Rusiya artıq bununla bağlı xəbərdarlıq edib.

Ukrayna müharibəsinin II Dünya müharibəsindən sonrakı sistemi başqa formasiyada meydana çıxara biləcəyi ehtimalı da ayrı mövzudur.

İndi əsas məsələ Ukraynanın Putinin istəyinə nail olmasının qarşısını almasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru