Lavrovun BMT-də videomüraciəti zamanı diplomatlar zalı tərk edib - VİDEO

1-03-2022, 17:59           
Lavrovun BMT-də videomüraciəti zamanı diplomatlar zalı tərk edib - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin Silahsızlanma üzrə Konfransında videomüraciəti zamanı Avropa İttifaqı (Aİ) və digər ölkələrin nümayəndələri iclas zalını kütləvi şəkildə tərk edib.

Teref.az-ın CNN-ə istinadən xəbərinə görə, Fransa nümayəndə heyətinin paylaşdığı videoda onlarla rəsminin Lavrovun müraciəti başlayan zaman zalı tərk etdiyi görüntülər əks olunur.

“Bu səhər Aİ və tərəfdaşlarının nazir Lavrovun Silahsızlanma üzrə Konfransda bəyanatı zamanı zalı tərk etməsi bizim Ukraynaya dəstəyimizi göstərir”, - Fransa nümayəndələrinin “Twitter” paylaşımında bildirilib. /apa.az/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru