Putin ELAN ETDİ: Ukraynada döyüşmək üçün gələn muzdlu suriyalılara 40 min dollar MAAŞ – Tək şərti var

17-03-2022, 12:53           
Putin ELAN ETDİ: Ukraynada döyüşmək üçün gələn muzdlu suriyalılara 40 min dollar MAAŞ – Tək şərti var
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya könüllü döyüşçülərin qəbul oluna biləcəyini açıqlamasından sonra Suriyadan rejim sıralarından və milis qruplarından 40 mindən çox insanın Ukraynadakı işğalçı qüvvələrə qoşulmaq üçün müraciət etdiyi iddia edilib.

Avropa.info-nun məlumatına görə, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu iddia edib ki, Rusiya pul və müavinət müqabilində Ukraynada suriyalı döyüşçüləri cəlb etmək üçün toplanış mərkəzləri yaradıb.

Fransanın AFP agentliyinə danışan müşahidə məntəqəsi rəsmisi Rami Əbdürrəhman Dəməşq və Hələb kimi şəhərlərdə yaradılan müraciət mərkəzlərinə indiyədək 40 mindən çox döyüşçünün müraciət etdiyini bildirib.

O, Ukraynaya getmək üçün müraciət edən döyüşçülərə ayda 1100 dollar maaş və əlavə ödənişlər vəd edildiyini iddia edib. Müvafiq olaraq, Rusiya qüvvələrinə qoşulan suriyalı döyüşçülərin yaralanması halında 7700 dollar, qarşıdurmada həyatını itirdikləri təqdirdə isə ailələrinə 16500 dollar təzminat veriləcəyi vəd edildiyi bildirilib. Hərbçilərin maaşlarının 15-35 dollar arasında olduğu Suriyada müraciətlərin artmasının əsas səbəbinin pul vədləri olduğu düşünülür.

Suriyada müharibə dünəndən 11 ili geridə qoyduğu üçün Rusiyanın buradakı sahə təcrübəsindən yararlanmaq istədiyi düşünülür. Bu çərçivədə Suriya ordusu ilə yanaşı, Rusiya ordusunun yetişdirdiyi və şəhər döyüşlərində təcrübəli rejim tərəfdarı milislərdən də müraciətlər qəbul edilir. Bununla belə, Suriya İnsan Haqları Müşahidə Qrupu rəsmisi qeydiyyatdan keçənlərdən heç birinin Ukraynada olub-olmadığını təsdiqləməyib.

Bu iddialar Suriya rejiminin nümayəndələri tərəfindən təkzib edilsə də, ötən həftə Rusiya prezidenti Vladimir Putin bu istiqamətdə addım atıla biləcəyinə işarə vurmuşdu. Bununla belə, Putin bildirib ki, iştirak “könüllülük əsasında” həyata keçirilə bilər.

Ukrayna lideri Volodimir Zelenski müxtəlif ölkələrdən 16 mindən çox insanın Ukrayna sıralarında döyüşmək üçün könüllü olduğunu və əcnəbilərin müharibəyə qoşulması üçün Beynəlxalq Ukrayna Müdafiə Legionu adlı birliyin qurulduğunu açıqlayıb. Beynəlxalq mətbuatda peşəkar legionerlərə gündə 2000 dollara qədər maaş verildiyi iddia edilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.