Ermənilər Xocalıdan yeni görüntülər yaydı: “Çoxmənzilli binalar tikilir”… - Biz isə bir azda nağıllara inanaraq yataq...

17-03-2022, 18:08           
Ermənilər Xocalıdan yeni görüntülər yaydı: “Çoxmənzilli binalar tikilir”… - Biz isə bir azda nağıllara inanaraq yataq...
Ermənistanın “Haykmedia” kanalı Azərbaycanın 31-ci ildir ki, işğal altında qalan Xocalı şəhərindən rus dilində reportaj hazırlayıb. Dia.az moderator.az-a istinadla xəbər verir ki, reportaj sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Reportajda deyilir ki, gorbagor erməni generalı Xristofor İvanyanın soyadı verilmiş Xocalıda
“Hayastan” fondu hesabına tikilmiş “gözəl” uşaq bağçası, qanunsuz “administrasiya” binası, məktəb var. Son illər Xocalıda çaxır zavodu da tiklib. İstilik təsərrüfatları inkişaf edib. Odur ki, haylar Xocalı torpağının tərəvəz və göy-göyərtisini il boyu yeyirlər...

Erməni müxbirin sözlərinə görə, Xocalı bu gün “tikinti meydançasını xatırladır”. Şuşa, Hadrut və s. yerlərdən köçmüş ermənlər üçün çoxmənzilili binalar tikilir...

Xatırladaq ki, fevralın 26-da Rusiyanın 366-cı alayının iştirakıyla həyata keçirilmiş Xocalı soyqırımının 30-cu ili tamam oldu...

P.S. Bu günlərdə sosial şəbəkələrdə ordumuzun guya Xocalını azad etməsi haqda dezinformasiyalar yayılmışdı...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.