Ət və toyuq məhsullarının ölkədən aparılması üçün xüsusi şərt müəyyənləşib

19-03-2022, 00:02           
Ət və toyuq məhsullarının ölkədən aparılması üçün xüsusi şərt müəyyənləşib
Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:

- Diri iribuynuzlu mal-qara;

- Diri qoyunlar və keçilər;

- Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;

- Dondurulmuş iribuynuzlu mal-qara əti;

- Təzə, soyudulmuş və ya

dondurulmuş qoyun əti və ya keçi əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya

soyudulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri

və ətin əlavə məhsulları;

- Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin

əlavə məhsulları.

Bu qədər 2022-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru