44 günlük Vətən müharibəsi zamanı Azərbaycana “İsgəndər M” raketlərini kim atıb ?

27-03-2022, 10:25           
44 günlük Vətən müharibəsi zamanı Azərbaycana “İsgəndər M” raketlərini kim atıb ?
“Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan "İsgəndərin" Ermənistana satılmış versiyası 'E' (eksport) olub, 'M' tipli "İsgəndərlər" isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma, bunun ardınca Bakı üzərində vurulmuş "İsgəndər" raketlərinin haradan atılması sualı da üzə çıxır. Bunun da cavabı prinsipcə bəllidir, çünki "İsgəndər E" raketinin maksimum uçuş məsafəsinin 250-280 kilometr arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, ötən il noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 kilometrlik məsafə demək idi. Məlumatlı mənbələr İkinci Qarabağ Savaşı dövründə Azərbaycan ərazisinə bir neçə "İsgəndər" atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də hələlik bu haqda rəsmi məlumat yoxdur,”
-Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olmuş Ərəstun Oruclu kecən il bu haqda bildirib.
Şuşa şəhərinin ərazisində tapılan raket qalıqlarının üzərindəki identifikasiya kodu "İsgəndərin" 'E' deyil, 'M' tipli raketə aid olmasını göstərir. Bəs necə olur ? İxrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb?
KEÇƏN İL RUSİYA AZƏRBAYCANIN “İSGƏNDƏR-M” İLƏ BAĞLI MƏKTUBUNA NATAMAM CAVAB GÖNDƏRİB. BU CAVAB AZƏRBAYCANI HƏLƏDƏ QANE ETMƏYİB.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru