Ukraynda bir-biri ilə savaşanlar Qarabağda eyni oyun sərgiləyir - Qlobal güclərin paradoksallığı...

28-03-2022, 20:26           
Ukraynda bir-biri ilə savaşanlar Qarabağda eyni oyun sərgiləyir -
Son illərdə dünyada baş verən münaqişələrdə beynəlxalq hüququn gücünün deyil, daha çox gücün şah olduğunun şahidi olmaqdayıq. Dünyada davam edən münaqişələrdə beynəlxalq hüquq elə onu müdafiəçisi qismində çıxış edən və dünyanın əsas aparıcə hesab edilən dövlətlərinin nəzarətdində olan beynəlxalq təşkilatlaırn "dişsizliyi", qətiyyətsizliyi nəticəsində müəyyən fərqliliklərlə ayaqlar altına atılmaqdadır.

30 ildən artıq müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsində biz nəinki beynəlxalq hüququn gücünə hayqırının, hətta bir-birinə düşmən qüvvələrin Azərbaycana münasbətdə mövqelərinin üst-üstə düşdüyünün şahidi olduq.

Ermənistan-Azərbaycan və Rusiya-Ukryana münaqişəsini misal çəkməklə dediklərimizi aydın formada izah edə bilərik.

Rusiya-Ukryana müharibəsində beynəlxalq aləm birmənalı şəkildə Rusiyanın Ukryanaya təcavüzünü qətiyyətlə pisləyib, onu işğal siyasətindən geri çəkilməsi üçün qarşı təzyiq metodu kimi ən sərt sanksiyalar tətbiq etdiyi halda, Ermənistan-Azərbaycan münaqişəsində isə tamamilə fərqli münasibətin şahidi oluruq. Baxmayaraq ki, Azərbaycan da Ukryana kimi 30 ildən artıq müddətdə Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qalaraq, ən dəhşətli hərbi cinayətlərlə üzləşib. İşğal altında olan nəinki yaşayış məntəqləri, tarixi-dini-mədəni abidələri vandalcasına məhv edilib. Ekologiyasına ciddi ziyan vurulub. Lakin beynəlxalq hüququn keçiyində duran ölkələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində fəaliyyət göstərən ATƏT MQ-nin həmsədr ölkələri bu müddət ərzində işğal və törətdiyi dəhşətli cinayətlərə, vəhşiliklərə görə Ermənistanı bu əməllərindən çəkindirmək üçün nəinki sanksiya tətbiq etməyib, heç ən elementar qınayıcı addımlar atmayıblar.

Əksinə istər ATƏT MQ həmsdər ölkələrin, istərsə də beynəlxalq aləmin Ermənistanın işğal siyasətinə sərgilədiyi ikili, çoxüzlü, riyakar, məkrli, ədalətsiz siyasi mövqeləri nəticəsində dünyanın digər bölgələrində separatizmin, terrorun, yeni münaqişələrin yaranmasına gətirib çıxardı.

Biz bunun son günlərdə 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra müəyyən səbəblər nəticəsində Azərbaycan ərazisində hələ də mövcud olan separatçı erməni hərbi birləşələrinin törətdiyi təxribatlar zamanı şahidi olmaqdayıq. Nəhayətində Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq aləmin məsələyə obyektiv mövqe sərgiləyəcəyini gözlədiyimiz halda, yenə də həmin güclər əvvəlki kimi beynəlxalq hüquqa hayqırı ilə yanaşdığının şahidi olduq. Hətta Ukraynada bir-birinə qarşı vuruşan Qərblə Rusiya Qarabağ məsələsində eyni mövqedən çıxış edərək beynəlxalq hüququ kobudcasına pozub, dünyada separatizmi, terroru təşviq edən Ermənistanın yanında yer aldılar.

Digər ciddi narahatedici məqam isə Rusiyanın sərgilədiyi mövqedir. Çünki Rusiya 10 noyabr 2020-ci Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanan sülh bəyanatının 4-cü bəndinə əsasən Rusiya sülhməramlıları nəzarəti altında olan ərazilərdən qısa zaman ərzində separatçı və terrorçu hərbi birləşmələrdən təmizləyir. Lakin imzalanan sənəddən 1,6 il vaxt keçməsinə baxmayaraq Rusiya slühməramlıları üzərlərinə düşən öhdəliyi yerinə yetirməyərək həmin hərbi birləşmələri Azərbycan ərazilərindən tərksilah edərək çıxarmayıb. Bununla da Rusiya sülhməramlıları bu hərəkətləri ilə bölgədə gərginliyin davam etməsinə rəvac vermiş olublar. Rusiya isə öhdəliyini qulaqardına vurmağı bəs deyil bizi üçtərəfli bəyanatın müddəalarını pozmaqda günahladırır. Hansı ki, Rusiya sülhməramlıları Ağdam istiqamətində separatçı hərbi birləşmələrin törətdiyi təxribatlarının qarşısını alıb, onları tərksilah edib, Azərbaycan ərazisindən çıxarmalı idi. Mən hələ 2022-ci il 22 fevralda Moskvada Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı müttəfiqlik haqqında sənədiin tələblərini demirəm. Rusiya sülhməramlıları öz hərəkətzilikləri ilə prezident Putinin imzaladığı sənədə hörmətzilik nümayiş etdirmiş oldular. Əslində Azərbaycan ordusu Rusiya sülhməramlılarının görməli olduğu bir missiyanı həyata keçirərək, təxribatlaırn qarşısını almaq üçün istər beynəlxalq hüququn, istərsə də ölkə qanunverciliyinin tələblərinə uyğun şəkildə konkret addım ataraq Əsgəran rayonunun Fərrux kəndini nəzarətə götürüb.

Azərbaycan ordusunun bölgədə sabitliyi təmin etmək istiqamətində atdığı hərəkətlər isə bayaq dediyimiz "beynəlxalq hüququn müdafiəçələri" hesab edilən ölkələr tərəfindən qısqanclıqla qarşılanıb. Amma həmin "beynəlxalq hüququn müdafiəçələri" hesab edilən ölkələr onu da bilməlidirlər ki. Azərbaycan hər hansı ölkənin suveren hüquqlarını və beynəlxalq hüququ pozmur, əksinə öz ərazisində beynəlxalq hüququn tələblərini icra edir. Və bu onun müstəsna hüququdur. Kimsə buna görə Azərbaycan qarşı ittiham irəli sürə bilməz. Və belə bir ittihamlar absurd və yersiz, bir daha qeyd etdiyimiz kimi beynəlxalq hüquqa və təhlükəsizlik sisteminə təhlükə mənbəyidir.

Mürtəza
Ölkə.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.