Tərtər ərazisində erməni yürüşü... - BU NƏDİ BELƏ?

20-05-2022, 11:16           
Tərtər ərazisində erməni yürüşü... - BU NƏDİ BELƏ?
Tərtər ərazisində erməni yürüşü...
Azərbaycan Respublikası Tərtər rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin faktiki nəzarətində qalan Ağdərə şəhərində İrəvandakı revanşist və irqçi "müqavimət hərəkatı"na dəstək yürüşü təşkil edilib. Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda məlumat və video-görüntülər erməni teleqram-kanallarında yayılıb.

"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq!" kimi anti-konstitusyon şüarlarla keçirilən etiraz aksiyasında öndə yeniyetmələr, hətta bağça yaşlı uşaqlar hərəkət ediblər.
Etirazçıların əllərində və yaxalarında Xankəndindəki separatçı-terrorçu rejimin əski parçası olub...

Aksiya "inzibati" binalardan birindəki iclas zalında anti-Azərbaycan çıxışlarıyla yekunlaşıb...

P.S. Azərbaycan polisi burada gərək...

Unutqanlara və bilməyənlərə xatırlatma:

Ağdərə - Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Sovet dövründə tarixi adı ləğv edilərək 1939-1991-ci illərdə rəsmən “Mardakert” adlandırılmış keçmiş Ağdərə rayonunun mərkəzi olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi keçmiş Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir...

Bu minvalla Tərtər rayonunun bir şəhəri və 13 kəndi, Ağdam rayonunun 8 böyük kəndi və Kəlbəcər rayonunun 23 kəndi 1992-1993-cü illərdən bəri işğal altında qalıb. 2020-ci ilin 44 günlük savaşının nəticələrinə görə imzalanmış 10 noyabr üçtərəfli razılaşmasına əsasən sözügedən rayonlar keçmiş Azərbaycan SSR-in inzibati bölgüsünə uyğun olaraq Azərbaycana qaytarılıb. Odur ki, Tərtər rayonunun savaş zamanı azad edilmiş 3 kəndi istisna olmaqla keçmiş Ağdərə rayonunun digər əraziləri, o cümlədən Ağdərə şəhəri ermənilərin nəzarətində qalıb...

VİDEO BURADA:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru