Naxçıvan rəhbərliyinin “gözünün müstəqillik qurdu": Qısaqollu geyinmək olmaz!

24-05-2022, 12:39           
Naxçıvan rəhbərliyinin “gözünün müstəqillik qurdu":
Naxçıvan MR-dakı polis maşınlarının dövlət qeydiyyat nişanının hərf yerinə “NP” (“Naxçıvan polisi” sözünün baş hərfləri) yazdıraraq gözünün müstəqillik qurdunu öldürən Muxtar Respublika rejimi bununla da kifayətlənməyib, indi də polis geyimləri sahəsində “müstəqil addımlar” atmağa başlayıb.

Ovqat.com-un Muxtar Respublika DİN-dəki mənbələrdən əldə etdiyi məlumata görə, Naxçıvan polisi əvvəlki geyim formalarını saxlayır və onları dəyişdirmək fikrində deyil. Nəticədə Azərbaycanla Naxçıvan MP polislərinin geyimində də ciddi fərqlər ortaya çıxıb.

1. Azərbaycan polisinin geyim formaları



2. Naxçıvan polisinin geyim formaları




Maraqlı burasındadır ki, yayda Azərbaycanın ən isti bölgəsi kimi tanınan Naxçıvan polisinin qısaqol geyim forması geyinmək hüququ yoxdur. Halbuki Azərbaycan polisinin geyimləri arasında qısaqollu köynək də nəzərdə tutulub. Bundan əlavə Azərbaycan polisində palto və plaş kimi qış geyimi artıq ləğv olunub. Naxçıvanda isə bu geyim də rəvacdadır.

Həmsöhbətimizin dediyinə görə, bu qadağa yalnız polislərə də şamil olunmur. Naxçıvan MR-in heç bir məmuru yayın qızmar çağında da işə uzunqollu köynəklə gəlmək məcburiyyətindədir.

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri də hətta yay iməcliklərinə pencək və qalstukla gedir. Cənab sədr xüsusi kostyumla “iməcliklədikdən” sonra polisin və ya hansısa “qara məmur”un cəsarəti nədir qısaqollu köynək fikrini ağlının ucuna gətirə.

Şəkildə: Tarix: 20 iyin 2020-ci il;
Məkan: Naxçıvan Muxtar Respublikası;
Havanın temperaturu: +33 dərəcə;
Mövzu: Vasif Talıbov əyan-əşrəfi ilə iməclikdə.


Bildiyimizə görə, “qısaqol” qadağası uzun illərdir Naxçıvanda tətbiq olunur. Görünür, köhnə ənənə hazırda rəsmiləşdirilmək üzrədir ki, Naxçıvan polis orqanlarında bu cür reaksiya doğurur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.