Naxçıvanda həbs edilən Səma Abbasova və qardaşı buraxıldı- Sədərək gömrüyündə baş verən biabırçılıqla bağlı çəkiliş etmişdi VİDEO

29-05-2022, 08:28           
Naxçıvanda həbs edilən Səma Abbasova və qardaşı buraxıldı-
Sədərək gömrüyündə çəkiliş etdiyinə görə həbs edilən Səma Abbasova və qardaşı Şəmi Abbasov mayın 27-də Vasif Talıbovun göstərişi ilə azadlığa buraxılıblar. Bu haqda "Gündəlik Naxçıvan"a Səma Abbasovanın özü məlumat verib. O, azadlığa buraxılmalarında mətbuatın rolunun olduğunu qeyd edib və məsələni ictimailəşdirən hər kəsə təşəkkürünü bildirib.
Şərur rayon Aralıq kənd sakini Səma Abbasova Sədərək mayın 19-da gömrüyündə üzləşdiyi haqsızlığı videoya çəkdiyi üçün qardaşı ilə birgə saxlanılmışdı. Elə həmin gün Sədərək rayon Məhkəməsi bacı-qardaş haqqında 30 sutkalıq həbs qərarı çıxarmışdı. Onlar gömrük qaydalarını pozmaqda ittiham olunurdular. Bacı-qardaşın qohumları "Gündəlik Naxçıvan"a bildirmişdilər ki, onlar məhv Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun göstərişi ilə tutulublar.
Sədərək gömrüyündə baş verən biabırçılıqla bağlı edilən çəkiliş:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru