Putinin gözüyümülü itirdiyi 4 milyard: - “Məhvə doğru gedir, amma...”

11-08-2022, 17:01           
Putinin gözüyümülü itirdiyi 4 milyard: -
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi daş kömür embarqosu ötən gecə qüvvəyə minib.

Sözügedən embarqo Rusiyaya qarşı 5-ci sanksiyalar paketinə daxil edilib. Apreldə qəbul edilmiş sənəd 120 gün sonra artıq qüvvədədir.

Sənədə əsasən, Rusiyada hasil edilən, və ya Rusiyanın ixrac etdiyi daş kömür və digər bərk yanacaqların İttifaq ərazisinə gətirilməsi qadağan edilir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ötən il Rusiyadan 4 milyard avroluq daş kömür idxal edib.

Maraqlıdır, bu sanksiyanın Rusiyaya ciddi təsiri olacaq? TEREF-ın məlumatına göeə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, 4 milyard avroluq bazarı itirməyin Rusiyaya ciddi təsiri olmayacaq:

“Çünki Rusiya müasir dövrün tələblərinə uyğun yaşamır. Digər normal ölkələrdə gəlirin azalması özünü birbaşa biruzə verir. Amma Rusiya SSRİ dövründə də, ondan sonrakı dövrlərdə də yazılan qanunlar əsasında yaşamayıb. Ölkə əhalisinin kifayət qədər kasıb yaşamasına baxmayaraq, dünyanın hər yerini alır. Bu da o deməkdir ki, Kreml hökuməti yazılan qanunla idarə olunmur. Ona görə də 4 milyard avronu itirməklə Rusiyaya heç nə olmayacaq”.

Ekspert vurğulayıb ki, hazırda Rusiyaya qarşı tətbiq olunan 7 sanksiya paketi var və yeniləri üçün də hazırlıq gedir:

“Rusiyaya qarşı ilin axırına neft embarqosu planlaşdırılır, ondan əvvəl isə qaz və qızılla bağlı da kifayət qədər məhdudiyyətlər tətbiq olunub. Hansı ki, bunlarla dövlət dübcəsinə illik milyardlarla vəsait daxil olurdu. Daş kömür embarqosu bunun üzərinə gəldi. Üstəlik, daş kömür sənayəsi elə bir sektordur ki, mütəmadi maliyyələşməsə və işləməsə, onu bərpa etmək mümkün olmayacaq”.

Fuad İbrahimovun sözlərinə görə, ümumi sanksiyalar fonunda Rusiya iqtisadiyyatı məhvə doğru gedir:

“Əlbəttə ki, sanksiyalar Rusiya iqtisadiyyatının “boğulmasına” gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, Rusiya iqtisadiyyatı yorğun iqtisadiyyatdır. Çünki neçə illərdir sanksiyaya tətbiq olunur və bu da daxildən özü-özünü yorur. Beləliklə də Rusiya gələcəkdə məhvə doğru gedəcək. Daş kömür embarqosu da Rusiya iqtisadiyyatını “boğur” və sıxır. Amma bunun Rusiyadakı əhalinin yaşam tərzlərinə ciddi bir təsir olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.