Nazirlər Kabinetinin müdiri sahibkarı İNTİHARA SÖVQ EDİR... – Hikmət Xəlilov 5 milyon 615 min manat borcunu qaytarmır

15-08-2022, 16:56           
Nazirlər Kabinetinin müdiri sahibkarı İNTİHARA SÖVQ EDİR... –
“SV-Grup” MMC tikinti şirkəti mətbuata şikayət məktubu
ünvanlayıb.
Müxtəlif media orqanlarının elektron poçtlarına göndərilən
şikayətdə yüksək vəzifəli məmurun şirkətə 5 milyon 615 min
borcunu qaytarmaqdan boyun qaçırdığı bildirilir.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubu olduğu kimi təqdim edirik:

Nazirlər Kabinetinin müdiri sahibkarı

“Mən Vahid Xələfov “SV -Grup” MMC-nin həmtəsisçisiyəm.
Hazırda Nazirlər Kabineti İşlər idarəsinin müdiri olan Hikmət
Xəlilov və həyat yolaşı Südabə Xəlilova “SV -Grup” MMC-yə
tikinti işlərinə cəlb edilməsi məqsədi ilə 2009-2015-ci illərdə
qeyri-dövlət sektorunda 4 milyon 263 min manatlıq inşaat
işlərini həyata keçirməyi təklif edib. Şirkət sifarişi qəbul
edərək icraya başlayıb.
H. Xəlilov pulu nəğd qaydada ödəməyə söz verir. Bu inşaat
işlərinin içərisində ən böyük lahiyə isə Qobu qəsəbəsində
tikiləcək "Azdeko panel" tikinti materialları zavodu olur.
H.Xəlilov tərəfindən sifariş olunan tikinti materialları
zavodunun smeta dəyəri 1 milyon 450 min manat təşkil edir.
İnşaata başlamaq üşün H. Xəlilov ilkin ödəniş kimi 490 min
manat nağd pul ödəyir. İnşaatın apardığı müddətdə ilkin
ödəniş xərclənir. Vəsaitin davamını istəyəndə H. Xəlilov, öz
mütəxəssisləri ilə tikintidə yoxlama aparır və nəticədə pulun
qalan hissəsini ödəməkdən imtina edir:
Mən və iş ortağım Sərvər Məmmədov, o həm də şirkətin
həmtəsisçisidir, zavodun faktiki iş həcmlərini
dəqiqləşdirmək məqsədi ilə rəsmi audit dəvət etdik.
Prosesdə sifarişçinin mühəndisləri də iştirak etdi. Auditin
hesabladığı xərclərlə zavodun avadanlıq və tikinti xərcləri
eyni oldu. Sifarişçinin mühəndisləri də bu faktı sənədlə
təsdiq etdilər. Şəxsən bu sənədi Hikmət müəllimə təqdim
etsəm də, o mənə gördüyümüz işlərin zəhmət haqqını və
zavodun inşasına sərf edilən materialların pulunu
ödəməkdən təkrar boyun qaçırdı və həmin vaxtdan
gizlənməyə başladı”.
Zavodun tikintisinə ümumilikdə 1 milyon 450 min manat xərc
qoyulub. Bu xərclərə işçilərin maaşları, materialların alınması,
vergi borcları da daxildir.
Zavodun tikintisinə cəlb olunan bütün işçilərə, tikinti
materillarını götürdüyüm mağazalara, banklara, vergiyə
milyonlarla manat borcumuz yaranmışdı. O borcları
ödəməyə bilməzdik. Biz dövlətimizi, xalqımızı, vətənimizi,
qanunlarımızı sevən, hörmət göstərən insanlarıq. Hikmət
müəllim zəhmətimizin haqqını vermədiyinə görə yığılan
borcları ödəmək üçün məcbur olub ailəmin, övladlarımın,
yaxın qohumlarımızn evlərini, maşınlarını, mebellərini, bir
sözlə nəyimiz var, hər şeyi satıb milyonlarla manat borcu
ödədim. Sonra Hikmət Xəlilovdan pulumu təkidlə tələb
etməyə başladım. Bundan sonra o, qeyri-rəsmi
imkanlarından və vəzifə mövqeindən istifadə edərək mənə
müxtəlif təziqlər göstərdi. Üstümə reket qurupu göndərdi.
Onlar məni Hikmətdən bir daha pulumu tələb edəcəyim
təqdirdə mənə problemlər yaşadacaqları ilə qorxutdular.
Bu hadisədən əsəbləşərək, bu dəfə Hikmətin evinə gedib
pulumu tələb etdim. Bu şəkildə etdiyim tələbdən sonra
ondan pulumun 500 000 (beş yüz min) manatını aldım.
Pulun qalan hissəsini verməmək üçün bu dəfə məni MTN
adı ilə qorxutmağa başladı. Dedi ki, səni MTN-nə çağırıb
başa salarlar. Ancaq mən heç nədən çəkinmədiyimi,
haqqımı istədiyimi, bir qəpik də haram pula göz
dikmədiyimi dedim. Hikmət MTN varinatından əl
çəkməyə məcbur oldu”.
H. Xəlilov həyat yoldaşı Südabə xanımın adından mənə və
şirkətə qarşı iddia qaldırır. İddia tələbi ondan ibarət olub ki,
Qobu qəsəbəsindəki inşaat materialları zavodu onlardan
xəbərsiz tikilib.
Bu qədər absurd iddianın təmin olunacağına heç
inanmırdım. Zavodun onların sifarişi ilə tikildiyinə, proses
zamanı hər dəfə nəzarət olunduğuna, hətta Hikmətin
maliyyə yoxlamaları apardığına, ödənilən və ödənilməyən
bütün xərclərə dair sənədləri məhkəməyə təqdim
etməyimizə, xanımın zavodun açılışında şəxsən iştirakına
baxmayarq, mövqeyindən sui-istifadə edən Hikmət
Xəlilov, yəni dolayısı ilə həyat yoldaşı prosesi
saxtakarcasına “uddu”. Üzərimə 5 yüz min manat
təzminat qoyaraq zavodun mənim hesabıma sökülməsi
haqqda qətnamə çıxarıldı. Sonradan zavodun sökülməsi
haqqında məkəmə qərarını dəyişdirərək, həmin zavoda
yiyələndilər və 5 yüz min manat təzminatı ödətdirmək
məqsədi ilə övladıma məxsus 1 milyon 450 min manat
dəyərində fərdi yaşayış evini ələ keçirdilər. Hal hazırda
həmin evdə yaşayıram. Bu ev ailəmizin sonuncu yaşayış
məskənidir, Hikmətin saxta iddiası əsasında Apellyasiya
Məhkəməsi bizim o evdən də çıxarılmağımız barədə qərar
qəbul edib. Bizim Hikmət və onun xanını ilə zavod tikiliş
zamanı yazışmalarımız var. Sifarişçi öze də dəfələrlə təsdiq
edib və bu yazışmalada da əksini tapıb ki, zavodu onlar
tikdirir və hansı işləri görmək lazım olduğunu da
yazışmalarda bizə sifariş edirdilər. Orasını da deyim ki,
Hikmət Xəlilov evin alqı-satqısından əvvəl mənə dedi ki,
sən 5 yüz minə evi mənim işçimin – İlham Musayevin
adına keçir, sonra mən sənin evini də qaytaracam, bütün
borclarmı da çay süfrəsi arxasında sənə qaytaracam. O,
mənim şikayət verməyimi istəmirdi. Deyirdi ki, mən
məmuram, adım məhkəmələrdə hallanmasın, sən elə et ki,
guya mənə uduzmusan və şikayət də etmə. Mən də ona
inandım və növbəti dəfə yalanın qurbanı oldum. Beləliklə
onun mənə əlavə 1 milyon 450 min manat da borcu
yarandı və cəmi ödəyəcəyi məbləğ 5 milyon 615 min manat
oldu.
H. Xəlilovla ilk tanışlığımız barədə onu deyim ki, şirkət dövlət
sifarişləri ilə tikinti işləri həyata keçirib. 1600 nəfərə yaxın
işçisi olan şirkətin rəhbərliyi 11 dəfə ölkə başçısı ilə görüşüb
və sifarişlə yerinə yetirdikləri işlərin nəticələri cənab Prezident
tərəfindən yüksək qiymətləndirilib.
2009-2015-ci illərdə tikinti işləri Prezidentin iqtisadi məsələlər
üzrə köməkçisi olmuş, indiki Baş nazir Əli Əsədovun müavini
vəzifəsində çalışmış H. Xəlilovun nəzarətində olub.
Bizimlə Hikmət arasında səmimi əlaqələr də ö dövrdə yaranıb.
Bununla da şirkət H.Xəlilov şəxsi tikinti ilərini həyata
keçirməyə başlayıb.
Bununla yanaşı şirkət tərəfindən sifarişçinin özünün, həyat
yoldaşının, qardaşının, oğlunun Bakının bir çox ərazilərində
mənzil və obyektləri də yüksək səviyyədə təmir olunub və bu
işlərin də pulları ödənilməyib.
Sifarişçiləri dəfələrlə məhkəməyə versək də bütün
instansiyalar cavabdeh tərəfin xeyrinə qərar çıxarıb. Sonuncu
dəfə Apellyasiya Məhkəmisinin qərarından Ali Məhkıməyə də
şikayət edilib ki, iş ibtidai istintaqa qaytarılsın.
Hələ dünya məhkəmə tarixində belə hadisə olmayıb ki, Ali
Məhkəmə işi icraata götürür, sonra həmin işdən imtina
edir. Hüquqa, dövlətə bu qədər hörmətsizliyi ancaq
Hikmət kimi məmur göstərə bilər. O, hazırda çox yüksək
vəzifə tutur, Baş nazirin əsas səlahiyyətli adamıdır, belə
bir adamın vəzifədə olması sadəcə faciədir”.
5 ildir haqqını bərpa edə bilmədiyimdən Azərbaycan
Prezidentinə müraciət də ünvanladım. Müraciətdə başıma
gələn hadisəni lakonik tərzdə çatdırmağa çalışmışam.
Yazmışam ki, əslində 44 günlük şanlı müharibənin qalib
Ali Baş Komandanın, həmçinin xalqımızın xoşbəxt gələcəyi
naminə gecə-gündüz çalışan rəhbərimiz kimi Sizin
vaxtınızı almaq utancvericidir. Lakin, Siz məni tanıyırsınız
deyə bir qədər ürəkləndim. Dövlət xətti ilə yüksək
səviyyədə təhvil verdiyim tikintilərlə bağlı iştirak etdiyiniz
açılışlarda dəfələrlə təşəkkür mənasında əllərimi
sıxmısınız. Mən də həmişə Ulu Öndərin onun övladının
diqqət və mərhəmətinə əmin olmuşam. Lakin, Siz nə qədər
xalqın rifah halının yaxşılaşdırılmasına, sahibkarların iş
şəraitinin şəffaflaşdırılmasına səy göstərsəniz də,
qanunlara əməl etməyən məmurlarla üzləşirik. Bunlardan
ən təhlükəlilərindən biri də, əvvəllər Azərbaycan
Respublikası Prezident Administrasiyasında müşavir,
daha sonra isə Nazirlər Kabinetində hazırda da İşlər
İdarəsinin müdiri vəzifəsində çalışan Nazirlər Kabinetinin
Sədri, Baş nazir Əli Əsədovun tələbə yoldaşı Xəlilov
Hikmət David oğludur.
Sonda onu da qeyd etmişəm ki, Hikmət Xəlilova görə,
qohumlarımın əmlaklarını satmışam, əlavə olaraq da
banklardan borc götürmüşəm. Qohumlarıma, 60 nəfər
işçiyə, banklara, topdansatış mağazalarına külli miqdarda
borcum qalmaqdadır. Həmin adamlar daim evimə gələrək
məni çox narahat edirlər, bir çoxları elə bilirlər ki, onların
haqqını mən yemişəm. Hətta şirkətin həmtəsisçisi və icraçı
direktoru Sərvər Məmmədova vergini ödəyə bilmədiyimizə
görə iki il icbari cəza tətbiq olunub. O qədər bezmişəm ki,
artıq intihar etmək istəyirəm. Cənab Prezident xahiş
edirəm bizə kömək edəsiz. Bizim ümidimiz yalnız sizədir”.
Şirkət adından 2015-ci ildən bu günə kimi dəfələrələ ali
rəhbərliyə, Azərbaycan Baş Prokurorluğuna, müxtəlif
instansiyalara müraciətlər ünvanlamağımıza baxmayaraq,
H.Xəlilov bu müraciətləri ünvanına çatmasına imkan
verməyib və bu barədə dəfələrlə özü də bildirib ki, o
məktublar mənim əlimdən gəlib keçir.
Avqustun 9-da növbəti dəfə H.Xəlilovla görüşməyə cəhd
göstərdim. Bu minvalla onun evinə getdim. Qapısının
qarşısnda maşında xanımı ilə bir yerdə görə bildim. Pulumu
tələb etdim və almayacağım təqdirdə özümü öldürəcəyimi
dedim. Nazirlər Kabineti İşlər idarəsinin müdiri Xəzər rayon
Polis İdarəsi rəisinə zəng edərək bildirdi ki, guya mən onun
nahaq yerə qarşısını kəsmişəm.
Bu vaxt nə edəcəyimi bilmədim. İnsanın bu qədər abırdan
uzaq olduğunu görüb dəhşətə gəldim. Suçlu və güclü
məsələsi yadıma düşdü. Kor-peşman müflis günə qalmış
ofisimə döndüm. Polisdən də zəng etmişdilər, onların
əvvəldən məsələdən xəbərləri var. Dedilər ki, biz bu işdə
kömək edə bilmərik. Onlara aksiyaya başladığımı dedim,
intihar edəcəyimi söylədim. Məni polisə dəvət etdilər. Qoy
hamı bilsin, mən haqqımı Hikmətə yedizdirməyəcəyəm. O
məni aldatmaqla, xalqı, dövləti, qanunları, Ali baş
Komandanı aldatmış olub. İlahi ədalət də mənimlədir.
Öləcəm, ancaq ədalətin qələbəsinə nail olacam.

***

Məsələ ilə bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.