Nazirlər Kabinetindən BDU ilə bağlı QƏRAR

18-08-2022, 12:46           
Nazirlər Kabinetindən BDU ilə bağlı QƏRAR
Bakı Dövlət Universitetində prorektorların say həddi müəyyənləşdirilib.

Pravda.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə dəyişiklik edib.

Beləliklə, Universitetin 7 (yeddi) prorektoru vardır. Universitetin prorektorlarının sayı Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.

Qeyd edək ki, prorektorları, Universitetin təqdimatı əsasında Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru