Bu nə biabırçılıqdır?

23-09-2022, 15:44           
Bu nə biabırçılıqdır?
Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının rəsmi olaraq 1990-cı il noyabrın 17-də mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul olunub. İndiki Azərbaycan bayrağı şəklində. Naxçıvan 3 rəngli bayrağımızı özünün dövlət rəmzi olaraq elan edəndə Azərbaycanın materik hissəsi hələ Sovet Azərbaycanının bayrağını dalğalandırırdı.
Elədirsə, şəkildə gördüyümüz bu bayraq nədir? Niyə Türkiyədə onu «Naxçıvan bayrağı» kimi satışa çıxarıblar? Bu ideyanın müəllifi kimdir və bayraqdakı rənglər nəyi simvolizə edir?
Ümid edirəm ki, Naxçıvan MR Ali Məclisi bu təxribatla bağlı rəsmi açıqlama verəcək və müvafiq orqanlar hərəkətə keçib ölkəmizə qarşı təxribata bənzəyən bu biabırçılığın arxasında kimlərin durduğunu müəyyənləşdirəcək.
Nəzərə alsaq ki, son günlər Zəngəzur-Göyçə Respublikasını yaradanların əməlində də bəzi şübhəli məqamlar vardı, bütün bunların texniki xəta kimi ortaya çıxmadığı aydın olur. Naxçıvanın və rəsmi Bakının hazırda bir nömrəli vəzifəsi bu səhvi düzəltmək olmalıdır?
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru