İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR... - Aksiyaların miqyası böyüyür, ölənlər artır... + VİDEOLAR (Yenilənib)

24-09-2022, 15:45           
İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR... -
Tehranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Tehran aksiyaları yatırmaq üçün represiyalara

Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, 2 gündür ölkənin bir çox şəhərində onlarla universitet tələbəsi həbs edilib. İran Tələbə Şuralarının Teleqram kanalının məlumatına görə, Tehran Universitetində saxlanılan tələbələrin sayı 30-a çatıb. Digər tərəfdən axşam saatlarından etibarən internet məhdudlaşdırılaraq sosial mediaya giriş tamamilə bağlanıb.

İran hakimiyyəti nümayişlər zamanı insan tələfatı ilə bağlı dəqiq məlumat verməsə də, dövlət televiziyasının xəbərlərində qeyri-rəsmi rəqəmlərə görə, təhlükəsizlik qüvvələri də daxil olmaqla, indiyədək 40-a yaxın insanınhəyatını itirdiyi bildirilib. Xəbərdə ölənlərin dəqiq sayının rəsmi orqanlar tərəfindən açıqlanacağı qeyd edilib.

İran prezidenti İbrahim Rəisi hər zaman xalqın səsinə qulaq verdiyini ifadə edərək, "Düşmənlər ölkəmizdə xaos yaratmaq istəyirlər. Xalqımızın tələb və etirazlarını eşidirik, amma heç kimin xaos yükünün altına girməsinə imkan verməyəcəyik", -deyə bildirib.

Buna baxmayaraq nümayişlər ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə yayılıb.

İranda hicab qaydalarına qarşı çıxmış gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb.



Tehranda başlayan akisyalar tezliklə Məşəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və digər şəhərlərdə də geniş vüsət alıb. Aksiyalara qoşulan qadınlar örpəklərini və hicablarını tonqallarda yandırıblar. Qəzəbli kütlə islam inqilabı liderlərinin, dövlət rəhbərlərinin portretlərini yandırıb, onların əleyhinə şüarlar səsləndiriblər.

“AzPolitika.info” ötən gecə İrandakı aksiyalarda baş verən mühüm hadisələri təqdim edir:

- Ərdəbildə etiraz aksiyaları hələ də davam edir;

- Hökumət qüvvələri onlarla etirazçını öldürüb;

- Babol şəhərində keçirilən yürüşlərdə “Ar olsun, qeyrətsiz rəhbərimizə! Xameneyiyə ölüm olsun!” şüarları səsləndirilib;

- İranın Ənzəli şəhərində xüsusi təyinatlı qüvvələr etirazçıları ələ keçirmək üçün evlərə basqın ediblər;

- Tehranın Əhmədabad qəsəbəsində qəzəbli etirazçılar polis bölməsinin binasını yandırıblar;

- Ötən gün Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli fəallar Meysəm Colani və Məhəmməd Colani həbs ediliblər. Onların hara apralıdıqları barədə dəqiq məlumat yoxdur;

- İran rejiminin ETTELAAT qüvələri səhər saatlarında Ərdəbildə azərbaycanlı fəallar Əsgər Əkbərzadə və Sadiq Sadiqifarini həbs ediblər;

- Tehranın Niyavəran qəsəbəsində etirazçılar İran polisinin avtomobilini yandırıblar;

- İranın Sənəndəc şəhərində etirazçılarla xüsusi təyinatlılar arasında küçə döyüşləri olub;

- Zəncanda iki azərbaycanllı gənc hökumət qüvvələri tərəfindən öldürülüb. Rejim gücləri Mehdi Musəvi və Mehrdad Qurbani adlı azərbaycanlı gəncləri aksiya zamanı qətlə yetiriblər;

- Rejim gücləri tərəfindən öldürülənlərin sayı çox olsa da, indiyə qədər onlardan 37-nün kimliyi təsdiqlənib;

- İranın Dehdəşt şəhərində polis etirazçıları atəşə tutub;

- Həmədanda etirazların miqyası böyüyr. Qəzəbli kütlə meydanlara axıaşaraq, “Zalıma ölüm olsun, istər şah olsun istər rəhbər” şüarları səsləndiriblər.

Günlərdir davam edən etiraz aksiyaları İranda hakim rejimi təlaşa salıb. İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi aksiyaya qatılmamaları üün insanlara təhdid mesajları göndərir.

ETTELAAT-ın informasiya qərargahı ölkə vətəndaşlarına "İrancell" mobil operatoru vasitəsilə xəbərdarlıq və təhdid mesajları göndərib.

“Diqqətinizə çatdırılır ki, əks-inqilabçı qüvvələrin son hadisələrdən bəhrələnmək cəhdlərinə görə, hər növ qeyri-qanuni aksiya və toplantılara qatılmağınız islami cəza qanununa görə cinayət hesab ediləcək və qanuni təqibə məruz qalacaqsınız” - deyə, göndərilən mesajlarda bildirilib.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.