İranda əhali nə istəyir: - "Güney Azərbaycanın tələbləri fərqlidir"

26-09-2022, 18:34           
İranda əhali nə istəyir: -
İranda gənc qız Məhza Əminin öldürülməsindən sonra bütün İran ərazisində aksiyalar baş qaldırdı. Təkcə qadınlar deyil, hər kəs öz haqq və hüquqları uğrunda mübarizəyə başlayıb.
“İran adlanan məkanda baş verən prosesləri doğru analiz etsək, bütün hər kəsin eyni fikir, eyni məqsəd üçün çalışdığı-vuruşduğu və qəbul etdiyimiz bir proses olaraq görməyimiz doğru olmaz. İranda bu dəqiqə əsasən 3 fərqli müstəvidə proseslər cərayan edir.

İran adlanan dövlətdə indiyə qədər, yəni 40 ildən çoxdur ki, xalqa olunan zülmlə yanaşı qadınlar həddən artıq əlavə zülmlərə məruz qalırdı. O cümlədən məcburi örtünmə, məcburi hicab tələbinə qadınlar dözə bilmirdi. Buna qarşı zaman-zaman qadınların etirazı olub. Məhza Əminin üzdən iraq İran əxlaq polisi tərəfindən saxlanılıb, 3 gün sonra ölüsünün ailəsinə təhvil verilməsi, sadəcə millətin içində olan atəşin alovlanmasına bir qığılcım olub. Bu zaman-zaman baş verib. Amma bu dəfə hadisələr tamamilə geniş bir şəkildə başladı. Bu hadisə Saqqızda və Sənəndəcdə etirazlarla başladı və sürətlə İradn adlanan məkanda hər tərəfə yayıldı. Heç bir böyük və kiçik şəhər qalmadı ki, bu proseslərdə iştirak etməsin və öz fikirlərini bildirməsin”.

TEREF.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Çingiz Göytürk danışıb. O, qeyd edib ki, bu proseslərin daha öncəki proseslərdən fərqlənən ən önəmli tərəfi o idi ki, əvvəlki proseslərdə konkret haqqlar uğrunda mübarizə zəmini ortaya qoyulmurdu. Məsələn bir neçə il öncə proseslərdə “Rza Pəhləvinin ruhu dirçəlsin” v. s., Ondan daha öncəki “Yaşıl” hərakatında hakimiyyətin bir cinahı o birinə qələbə qazanmaq istərkən bir sıra proseslərdə baş verdi. Tehranda və bir neçə böyük şəhərlərdə insanlar reaksiya versələr də böyük reaksiya vermədilər. Platforma yaradılmadığına görə, haqq və hüquqların əldə edilməsi ilə bağlı proses olmadığıan görə, geniş sürətlə yayılmadı. Amma bu gün cərəyan edən aksiyalar çox sürətlə yayıldı. İnsan hüquq və azadlıqları ilə bağlı konkret tələblər ortaya qoyuldu.

“O cümlədən qadın haqq və azadlıqları ilə bağlı tələblər var. Qadınlar məcburi örünmədən imtina edir. Bu mübarizə təkcə Hicaba qarı bir mübarizə deyil. Bu hicab adı altında zorakılığa qarşı bir mübarizədir. Hicab adı altında qadınlara qarşı rarsist davranışlara qarşı, qadınlara qarşı ayrı-seçkiliyə qarşıdı. İran islam Cumhuriyyətinin rasist davranışlarına qarşıdır. Bu, proseslərin sürətlə yayılmasına gətirib çıxardı.

Bu günkü prosesləri fərqləndirən digər bir məsələ isə odur ki,ş bu günə qədər olan proseslərdə azərbaycanlılar bu proseslərdə iştirak etmirdilər. Çünki ortaq haqq və azadlıqlardan söhbət getmirdi. Azərbaycan Milli Hərəkatını özünə cəlb edə biləcək tələblər və şüarlar olmadığına görə Azərbaycan xalqı burada iştirak etmirdi. İranda yaşayan insanlar bilirlər ki, Azərbaycanın iştirak etmədiyi heç bir prosesin nəticəyə varması mümkün deyil. İran siyasi tarixi ilə məşğul olan insanlar bunu yaxşı bilir. Azərbaycan, İran adlanan məkanda siyasətin öncüsüdür. Və siyasəti Azərbaycan rəhbərliyi edər. Bu baxımdan Azərbaycanın da proseslərə qoşulması çox fərqli rəng gətirdi”,- deyən şərhçi qeyd eidb ki, amma bu proseslər vahid bir şüar altında başlamadı.

Məsələn, Azərbaycan öz kimliyi, öz şüarları ilə qoşuldu. Azərbaycanda səslənən şüarlarla İsfahanda və ya Şirazda səslənən şüarlar arasında çox fərq var. Azərbaycanın verdiyi şüarlarda o özünün alternativini, platformasını açıq bir şəkildə ortaya qoydu.

“Azərbaycan deyir ki: “Azadlıq, Ədalət, Milli Hökümət”... Bu şüarı Şirazda və ya İsfahanda eşidə bilməzsiniz.

Azadlıq və Ədalət, Milli Hökümət...

Bu gün İran adlanan məkanda Azərbaycan türkləri öz dövlətçiliklərini itirdikdən sonra iki fərqli simada fars dövlətçiliyi forması ortaya çıxdı. Birincisi Şalı Pəhləvi rejimi, ikincisi isə vilayət rejimi, yəni cümhuri İslami. Yəni hər ikisi mahiyyət etibarı ilə fars dövlətidir.

Azərbaycan Türkü isə, çıxaraq bunlarln hrə ikisinə yox deyir. Nə Şah, Nə Şeyx! Şah Pəhləvi dövrünü, Şeyx isə, mövcud cümhuri İslami təmsil edir. Azərbaycan hər ikisinə "Yox deyir"” - deyə siyasi şərhçi əlavə edib. O, qeyd edir ki, proseslərdə ikinci zümrə qadınlardır. Bu proseslərdə Azərbaycan türkləri bütün İran qadınları ilə həmfikir, həmrəy idi. Qadın haqqları uğrunda mübarizədə İran xalqları ilə birlikdədir və onların mübarizədə onlara dəstək olur. Bu mübarizə böyük ölçüdə öz nəticəsini verdi. Artıq İran İslam Cümhuriyyəti əvvəlki, kimi qadınlara qarşı əxlaqsız əxlaq polisi istədiyi kimi rəftar edə bilməyəcək.

Çingiz Göytürk qeyd edib ki, proseslərdə 3 zümrə var: “Qadınların mübarizəsi, Azərbaycanın mübarizəsi və 3 cü zümrə. Üçüncü zümrə istəyir ki, “Cümhuri İslam getsin, yerinə kim gəlirsə gəlsin”. Bu düşüncə, 1977-78-ci ildə İran inqilabi dönəmində də səsləndirilmişdi. Bunun hansı faicələrə məhkum etdiyini biz gördük. Bu zümrənin hərhansı bir alternativi yoxdur. Alernativi olmayan bu zümrəyə kənardan müdaxilələr olur. Bunu biz xaricdəki qüvvələr tərəfindən dəstəklənən Pəhləvilərin son nümayəndəsi Rza Pəhləvinin ön plana çıxarılmasında biz görür və bu təhlükəni hiss edirik”.

Sonda Çingiz Göytürk əlavə edib ki, İran adlanan məkanda baş verən proseslər Azərbaycan Milli Hərəkatı qətiyyən ümumİran proseslərinin tərkib hissəsi deyil. Azərbaycanda baş verən proseslərlə qadınlar məsələsində, haqqlar və hüquqlar məsələsində İranın haqqlı mübarizəsinin yanındadır. Həmsəsdir, amma bu prosesin tamamən bir parçası deyil. Azərbaycanın alternativi bəllidir. Məqsəd Milli Hökümətdir. Milli hökümət deyildikdə isə, Seyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş hökümət nəzərdə tutulur.

Çingiz Göytürk bildirib ki, artıq bu aksiyaların artıq nəticəsi var. Belə ki, dünənki Cümhur İslami bu günkü Cümhur İslami deyil.

“Dünən bunun insanların ürəyində qorxunc bir imici vardı. İnsanlar qorxurdur. Bu gün artıq 10 gün bundan qabaqkı Cumhur İslami deyil. İnsanlar qorxmurlar. Bu gün insanlar 40 ildən çox Cumhur İslaminin insanların ürəyində yaratdığı qorxudan çəkinmirlər. Bütün vəhşiliklərə rəğmən bu gün də hələ insanlar meydanlardadılar. İran rejiminə qarşı şüarlarını səsləndirirlər. Təbrizdə insanlar öz şüarları ilə meydandadırlar. “Nə şahçıyam, nə şeyxçi. Millətçiyəm, millətçi” deyə bağırırlar. Bu, dünən verilən şüarlardan biri idi. İnsanlar artıq qorxmur. Qorxunun olmaması rejimin sarsılması deməkdir. İran adlı rejimin əlində tək bir güc var idi. Bu güc qorxu maşını idi. 10 minlərlə insanı edam edərək, insanların ürəyinə qorxu salmışdı. Bu qorxu tamamilə dağıldı. Bu qorxu Azərbaycan Türkünün yumruğu ilə məhv oldu” - deyə siyasi şərhçi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Milli Hərəkatının hədəfi sadəcə rejimin yıxılması deyil. Eyni zamanda bu dövlətin varlığı ilə problemi vardı.

“Azərbaycan Milli Hərəkatı bu proseslərdə bir daha göstərdi ki, özəlliklə İranın bütövlüyündə və ərazi bütövlüyündə maraqlı olan şəxslərə göstərdi ki, İran adlanan məkanda millətlərin və bunların başında ən önəmlisi Azərbaycan Türklərinin milli haqqlarını gözardı edərək, heç bir nəticə əldə edə bilmək mümkün deyil. Azərbaycanı diqqət mərkəzində tutmaq lazımdır. Azərbaycanın hədəfləri ilə barışmaq lazımdır. Azərbaycanın hədəfi isə, “Azadlıq, Ədalət və Milli Hökümətdir!” - deyə ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.