"Təmiz Dünya”dan insan alverinə qarşı layihə

19-05-2016, 15:00           

"Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyni adlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində aşağıdakı fəaliyyətlərin icrasına başlamışdır.
- Labirintdən çıxış.....Insan alverinin qarşısını birgə alaq adlı 400 ədəd bukletin çapı;
- Labirintdən çıxış - uşaqların məcburi əməyə cəlb edilməsinə dair sosial çarxın çəkilişinə başlandı.
Təşkilat çap edilmiş bukletlər- insan alveri və potensial qurbanlar üçün kiçik sahibkarlığa dair seminarda, DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə o cümldən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim ediləcək. Bukletdə, gənclərin sosial şəbəkələr, saytlarda aldadıcı elan və təkliflərə aldanmamısı üçün maarifləndirici biliklər verilmişdir.
Sosial çarxlar hazır olduqdan sonra Youtbda və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.