Hazırda “Cahangir Hacıyevin işi” ilə bağlı araşdırma və həbslər davam edir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Banka borclu olan 3 minə yaxın iş adamının dindirilib, 100-ə yaxın adam haqda həbs qəti-imkan tədbiri seçilib.
Onlardan zəruri ifadələr alınıb. Bu ifadələr C..Hacıyevin həbsi üçün tam yetərlidir. Çox yaxın C.Hacıyevin həbsi gözlənilir. Bu barədə istiqlal.az-a hüquq-mühafizə orqanındakı mənbədən məlumat daxil olub.
Mənbə bildirir ki, məsələ C.Hacıyevin həbsi ilə qapanmayacaq: "Bu məsələdə daha yüksək ranqlı məmurların həbsi və ya işdən kənarlaşdırılması gözlənilir. Bu məsələdə hətta sürpiz isimlər də ortaya çıxa bilər. Çünki maliyyə maxenasiyalarının əhatə dairəsi çox genişdir və biznes elitasının əhəmiyyətli kəsiminin adları bu məsələdə hallanır.