Bil Qeyts 3 min nəfərlik orduya 1 milyard dollar ayırır – “koviddən daha amansızdır”, “10 trilyon zərər vuracaq”

25-01-2023, 00:00           
Bil Qeyts 3 min nəfərlik orduya 1 milyard dollar ayırır –
Hurriyyet.az xəbər verir ki, Kovid-19 pandemiyası təhlükəsi barədə illər əvvəl (2015-ci ildə) xəbərdarlıq eləmiş Bill Qeyts növbəti pandemiyanın insan tərəfindən hazırlanacağını və milyonlarla insanın ölümünə səbəb olmuş koronavirusdan çox amansız ola biləcəyini söyləyib. “Deyli Meyl” nəşrinin yazdığına görə, Sidneydə keçirilən bir konfransda çıxış edən Qeyts dünyanı gözləyən yeni bir təhlükədən danışıb. Qeyts dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub indidən hazırlıqlara başlamalı olduqlarını söyləyib. Onun sözlərinə görə, hazırlanan ssenarinin reallaşması dünya iqtisadiyyatına 10 trilyon dollar zərər vuracaq. O, kabus ssenarisini xatırladan bu vəziyyətin öhdəsindən gəlmək üçün hər 5 ildən bir həm ölkə, həm də region miqyasında təlimlər keçirilməli olduğunu deyib.

Kovid-19-un axırıncı pandemiya olmadığını dəfələrlə qeyd edən Qeyts lazımi addımların atılacağı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirib. O, qlobal pandemiyaya qarşı müdaxilə və səfərbərlik üçün GERM komandası adlandırdığı 3 min nəfərlik ordunun qurulması üçün 1 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

Qeyts mütəxəssislərdən ibarət olacaq həmin ordunun hədəfinin epidemiyaların pandemiyaya çevrilmədən qarşısını almaq olduğunu söyləyib.

Qeytsin özlərinə görə, Kovid-19-iun yayılmasının qarşısı ilk 100 gün ərzində alına bilsəydi, virus səbəbindən baş verən ölümlərin 98 faizindən çoxu olmazdı.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.