Məhəmməd Əmin Rəsulzadənin heykəli nə zaman və harda qoyulacaq

27-05-2023, 07:49           
Məhəmməd Əmin Rəsulzadənin heykəli nə zaman və harda qoyulacaq
1996-cı ildə 28 May Cumhuriyyət bayramı münasibətilə məqalə hazırlamağa qərar verdim.
Məşhur heykəltəraş Ömər Eldarova zəng edib, onunla görüşmək istədim, məni emalatxanasına dəvət etdi.
Ömər Eldarov hələ 1990-cı illərin əvvəllərində ona Məhəmməd Əmin Rəsulzadənin heykəlinin sifariş edildiyini bildirdi və həmin heykəlin maketi ilə məni tanış etdi.
Ömər Eldarov heykəlin orijinalını hazırlamaq istəyirdi, sadəcə dövlət sifarişinin təsdiqi və heykəlin qoyulacağı məkanın müəyyələnləşməsi vacib idi.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cühmuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.
Həmin mərasimdə Ömər Eldarov mənim 27 il əvvəl gördüyüm “Məhəmməd Əmin Rəsulzadənin heykəli” layihəsini geniş kütləyə təqdim edib.
“Bu əsərə böyük əmək sərf etmişəm. Heykəlin qoyulması arzumdur” – deyən hörmətli heykəltəraşımızın arzusunun yerinə yetirilməsini mən də böyük səbrisizliklə arzu edirəm.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.