Xankəndi heyrət içində: Əliyev elan etdi, dərhal dəstək gəldi

1-06-2023, 08:30           
Xankəndi heyrət içində: Əliyev elan etdi, dərhal dəstək gəldi
Prezident İlham Əliyevin Laçında separatçıların amnistiyası barədə verdiyi mesaja ABŞ Dövlət Departamentinin müsbət yanaşması separatçı rejimdə heyrətlə qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Xankəndidəki saxta rejimin oyuncaq “xaric işlər nazirliyi” ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin Prezident Əliyevin sözügedən bəyanatını alqışlamasının separatçılarda dərin məyusluq və çaşqınlıq yaratdığını açıqlayıb.

Bununla yanaşı, separatçı rejim yalvarışlı notlarla ABŞ-ın “münaqişəni” həllində müsbət rol oynamaq istəməsinə şübhə etmədiklərini bildirib.

Baş verən son proseslərin fonunda separatçılar arasında bölünmə və təşviş daha da güclənib, saxta qurumun gələcəyi barədə ümidsizlik dərinləşib.

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Tamerlan Yayaqan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.