Mahmudov həbsin bir addımlığında - Özünə vəkil tutdu
28-06-2016, 12:22
Eldar Mahmudovun nazir olduğu Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyətinə daxil olan bir qrup şəxs həbs edilsə də, sabiq nazirin özünün indiyədək azadlıqda qalması cəmiyyətdə birmənalı qarşılanmır.
“Azadlıq” qəzetinin yaydığı xəbərə görə, ancaq sabiq nazirin azadlıqda qalması uzun sürməyəcək. Belə ki, artıq həbsin bir addımlığına yaxınlaşan Eldar Mahmudov prosesual hüquqlarının müdafiəsi üçün özünə vəkil də tutub. Bu barədə məlumatı gununsesi.info saytı yayıb. Məlumata görə, Eldar Mahmudovun vəkili Ceyhun Yusifovdur. Məlumatda bildirilir ki, artıq vəkil istintaq prosesinə qoşulub.
Ceyhun Yusifov isə məlumatı nə təsdiq, nə də təkzib edib. Vəkil bu barədə ona sual verilməməsini xahiş edərək telefonu qapadıb.
Qəzet yazır: “Eldar Mahmudovun özünə vəkil tutması artıq keçmiş nazirin də həbsilə bağlı qərarın olduğunu deməyə əsas verir. Sayt yazır ki, istintaqda Eldar Mahmudovun əleyhinə ifadələr var. Bu ifadələrdə ictimaiyyətə məlum olmayan dəhşətli faktlar yer alır. Bu da Eldar Mahmudovun məsuliyyətdən kənarda qalmasını mümkünsüz edir. Görünür, artıq hakimiyyət də bunun fərqindədir”.