Neçirvan Bərzani nədən Azərbaycana gəldi

20-07-2023, 15:34           
Neçirvan Bərzani nədən Azərbaycana gəldi
Bir gün əvvəl İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani Azərbaycana işgüzar səfərə gəlib.
Görüş yüksək səviyyədə Azərbaycan respublikası prezidenti İlham Əliyevlə keçrilib..
Sosial şəbəkələrdə bu görüşü çoxlu xoş qarşılamayanlar var. O adamların siyasi dünya görüşündə böyük yanlışlıq var. Məsələyə aydınlıq gətirim.
Nəzərinizə çatdırım ki, İraq Kürdüstanı adlanan bu siyası subyekt, adından göründüyü kimi iraq ərazisində , İraqın quzey-doğusunda, Azərbaycan və Türkiyə üçun əhəmiyyətli coğrafi mövqedə yerləşən bir muxtariyyətdir. Bu İraq və BMT tərəfindən tanınan bir legitim siyasi subyektdir.
İraq Kürdüstanını ilə bizim dost əlaqələr qurmağa gətirən səbəbləri sayım.
1. İraq Kürdüstanı bizimlə düşmən olan iranla düşməndir.
2. İraq Kürdüstanı qardaş Türkiyə ilə yüksək səviyyədə həm iqtisadi həm də siyasi əlaqələrə malikdir.
3.İraq Kürdüstanı qardaş Turkiyəyə təhdid olan PKK terror təşkilatı ilə də düşməndir, hətta aralarında silahlı toqquşmalar yaşanır.
Digər tərəfdən İraq Kürdüstanını muxtariyyəti bölgədə böyük neft qaz ehtiyatlarına malikdir. İraq neft ehtiyatlarının 20 %,-i bu muxtariyyətin payına düşür. İraq Kürdüstanının Türkiyə ilə əlaqələrinin yaxşılaşdırılmasının tarixi ardıcıllığı belə olmuşdur
90-cı illərinin ortalarında İraq Kürd Vətəndaş Müharibəsi zamanı Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (KVP) ilə nisbətən yaxşı əlaqələri olan PKK peşmərgə qüvvələrinə, həmçinin KDP üzvlərinə hücumlara başlayıb. Vətəndaş müharibəsi bitdikdən sonra isə terror qruplaşması Qandil dağlarına çəkilib. Tərəflər arasında mübarizədə Türkiyə PKK-ya qarşı KDP-ni dəstəkləyib, hətta KDP-nin tərəfindən toqquşmalara müdaxilə edib. Türkiyə həmçinin KVP-yə PKK ilə əməkdaşlığı dayandırmaqla bağlı xəbərdarlıq edib. 1997-ci il 25 sentyabrında Ankara KDP və KVP arasında atəşkəsə nail olmaq, həmçinin PKK düşərgələrini məhv etmək məqsədilə “Şəfəq Əməliyyatı”nı başlayıb. Əməliyyat çərçivəsində minə yaxın terrorçu neytrallaşdırılıb. Aparılan danışıqlardan sonra isə KVP lideri Cəlal Tələbani PKK-dan silahı yerə qoymasını və ya İraqı tərk etməsini tələb edib.
2000-ci ildə PKK-nın lideri Abdullah Öcalanın həbsindən sonra isə PKK və KVP arasında toqquşmalar baş verib. PKK 2015, 2020 və 2022-ci illərdə isə KRH-Türkiyə neft kəmərinə hücum edib. 2014-cü ildə İŞİD-ə qarşı mübarizə zamanı PKK peşmərgəyə arxadan zərbə endirib, boşluqlardan yararlanaraq İraq Kürdüstan Regionunun bəzi bölgələri ələ keçirib. KRH-nin məlumatına görə, PKK 2015-ci ildə Kürdüstan regionunun 515 kəndini işğal edib. 2021-ci ildə isə Məsud Bərzani kürd rəsmilərinin PKK-ya görə, 800 kəndin bərpasını həyata keçirə bilmədiklərini deyib. 2021-ci ildə isə PKK 5 peşmərgə döyüşçüsünü Duhokda pusquya salaraq qətlə yetirib.
İndi İraq Kürdüstanı xarici siyasətində bir nömrəli dost olkəsi Türkiyədir. Türkiyə bu muxtariyyətə 3 milyard dollardan çox investisiya yatırıb..
Bölgədə Azərbaycan, Türkiyə, İsrail və Kürdüstan dördlüyündən ibarət ittifaq mohkəmlənərsə gələcəkdə tərəflər üçün faydalı ittifaq yarana bilər. Bu 4 ittifaq həm PKK, həm Ermənistana həm də iran rejiminə qarşı səylərini birləşdirə bilər . Mən bu ittifaqı alqışlayıram, deyərdim bəlkə də bir az gecikmişik..
cAVİD dƏMİRLİ
tEREF.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.